Avstraliya Ukraynaya hərbi qüvvə göndərmək planından danışıb


Avstraliya Ukraynaya hərbi qüvvə göndərmək planından danışıb
Baş naziri Toni Ebbot Avstraliyanın Ukraynaya hərbi qüvvə göndərmək məsələsinə baxdığını açıqlayıb.
Bu haqda The Australian xəbər verib.

“Biz holandlarla birgə əməliyyatdan danışdıq”-deyə Ebbot parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə MH17 təyyarəsinin qəzasından sonra Avstarliya Holandiya ilə birgə Ukraynaya hərbi qüvvə yerləşdirilməsi üçün danışıqlar aparıblar. Ebbot onu da qeyd edib ki, söhbət təyyarə qəzasında ölənlərin meyidinin vətənə gətirilməsi üçün görülən tədbirlərdən gedirdi.

Hələ avqustda The Australian məlumat vermişdi ki, Ebbot Hollandiya ilə birlikdə Ukraynaya min avsraliyalı hərbiçi göndərməyə hazırlaşır. Hətta hərbiçiərin yerləşdirilməsi planı belə detallarına qədər hazırlanıbmış, lakin sonradan Ebbot bu ideyadan imtina edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir