“DİFAİ GƏNCLƏR HƏRƏKATI” FƏALİYYƏTƏ BAŞLADI


Martın 10-da gənc tarixçi və ictimai fəal Kənan Həmzəoğlu (Məmmədov) öz Facebook hesabında “Difai Gənclər Hərəkatı”nın yaradılması barədə məlumat paylaşıb.

Məlumatda bildirilir ki, “Difai Gənclər Hərəkatı”nın başlıca məqsədi ictimai-siyasi proseslərdə fəal rol oynamaq, bütün cəbhələrdə, xüsusən də informasiya cəbhəsində Azərbaycan xalqının və Azərbaycan Respublikasının milli maraqlarına xidmət etməkdən ibarətdir.

Kənan Həmzəoğlu, Tərlan Ağayev, Həcər Əkbərova, Ceyhun Qasımov və Arzu Həsənli kimi fəal gənclərimizin yer aldığı təşəbbüs qrupunun yekdil qərarı ilə Kənan Həmzəoğlu “Difai Gənclər Hərəkatı”nın rəhbəri seçilib. Hərəkatın Gəncə şəhəri üzrə səlahiyyətli nümayəndəsi isə Ceyhun Qasımov təyin edilib.


Bir cavab yazın