Medvedev Ukrayna qaza olan borcunu ödəməzsə, iyunun 3-dən qazı kəsəcəklərini deyib
Rusiya Ukraynaya nəql ediln qazın qiyməti ilə bağlı yenidən danışıqlara başlaya bilər. Lakin bu o halda mümkündür ki, Ukrayna qaza olan borcunu heç olmazsa bir hissənini ödəsin-deyə baş nazir Dmitri Medvedev bu gün jurnalistlərə açıqlamasında belə bəyan edib.
“Heç kim heç vaxt demir ki, 4 miyard dolları təcili verin. Amma göstərin ki, siz bunu etməyə hazırsınız. Əgər onlar bir hissəni ödəyərlərsə, bu ən azından danışıqlara başlamaq üçün əsas olar. Biz bu problemlə nə edəcəyimizi aydınlaşdırmaq üşün müzakirəyə hazırıq. Hazırda Ukraynadakı insanların həyatına kömək etmək üçün müzakirəyə hazırıq. Biz hətta müzakirələrdə hardasa öz maraqlarımızı ayaqlamağa və irəlidə qazla bağlı necə əməkdaşlıq etməyə də hazırıq. Bu maaliyyə köməkliyi baxımından da ola bilər”-Medvedev deyib.
“Umidvarıq ki, bizim avropalı dostlarımız Ukraynanı aldığı pulun bir hissəsini “Qazprom”un hesabına ” keçirməyə məcbur edərlər”-deyə Rusiya hökümətinin başçısı əlavə edib.
Qeyd edək ki, Ukrayna “Nafotoqaz”-nın “Qazprom”a olan borcu 3,5 milyard dollara catıb. Buna görə RF höküməti Ukraynaya nəql etdiyi qazı əvvəldən ödəməklə verməyi qərara alıb. İyun ayı üçün əvvəldən ödəmə olmazsa, Rusiya iyunun 3-dən Ukraynaya verilən qazı kəsmək məcburiyyətində qalacaq.
/Yenises.ru/