Dubaydan çılpaq videoları paylaşıldığına görə 8 rus qadını saxlanılıb
Dubayda ,çılpaq şəkil çəkər və çəkdirərsənsə cəzası həbs və 5 mindən 50 min dirhəmə qədər cərimə olur…
Bu haqda RİA Novosti-yə Rusiyanın baş konsulluğundan məlumat verilib.
Bir müddət əvvəl sosial şəbəkədə Dubayın tətil rayonlarından olan Dubai Marinanın yüksək binalarından birinin balkonundan qızların poza verdiyi şəkillərdən ibarət vudeoçarx paylaşılıb. Yerli polis fotosessiyada iştirak edən 40 nəfəri saxlayıb.
“Onlar kömək üçün Rusiyanın Baş Konsulluğa müraciət etsələr də, burada vəziyyət çox çətindir və “’əxlaq normalarına uyğun olmayan” hərəkətlərdə iştirak etmək maddəsi olduqca ciddidir ” –deyə agentliyin həmsönbəti bildirib.
Qızları altı aya qədər, çəkilişin təşkilatçısını isə il yarım həbs cəzası gözləyir. Həmçinin onlar 5 min dirhəm (100 min rubl) və 50 min dirhəm (bir milyon rubldan artıq ) pul cəriməsi ödəməli olacaqlar.
Eyni zamanda, Baş Konsulluğun nümayəndəsi müsəlmanlar üçün müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar olaraq hökümətin modelləri əfv edə biləcəyini istisna etməyib.
Yenises.ru