Moskva ziyalılarından başsağlığı


Moskva ziyalılarından başsağlığı
AMEA-nın müxbir və həqiqi üzvü Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və “Azərbaycan konqresi”” qəzetinin sabiq baş redaktoru, fəlsəfə elmləri doktoru, professor Əfrand Daşdəmirov 73 yaşında dünyasını dəyişib.

Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olmuş, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi.Əfrand Daşdəmirov Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində rəhbər vəzifələr tutub, Bakı Ali Partiya Məktəbində kafedra müdiri işləyib. Ə.Daşdəmirov uzun illər həm də Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olub. 1991-ci ildən isə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professoru idi.

Ə.Daşdəmirovun elmi fəaliyyətinin əsasını millətlərin və millətlərarası münasibətlərin inkişafının sosial-fəlsəfi, politoloji, kulturoloji, etnopsixoloji problemlərinin elmi-tədqiqi, müasir etnosiyasi, etnomədəni proseslərin dərkinin fundamental nəzəri-metodoloji məsələləri təşkil edib.

Ə.Daşdəmirov Rusiyada Azərbaycan diasporunun formalaşmasında və inkişafında yaxından iştirak edib, burada yaşayan azərbaycanlıların 2002-ci ildə Moskvada yaranan Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti seçilib. 10 il “Azərbaycan Konqresi” qəzetinin (rus dilində) baş redaktoru vəzifəsində çalışıb. Xüsusilə ölkəmizin üzləşdiyi Qarabağ problemi, tariximzdəki faciəli hadisələr, Xocalı soyqırımıyla, Qarabağətrafı rayonlarımızın işğalıyla bağlı yazdığı məqalələr təqdirəlayiqdir. O 250-dən çox elmi əsərin müəllifidir, onun rəhbərliyi ilə 10 elmlər və 30-dan çox fəlsəfə doktoru hazırlanıb.

Görkəmli alim, tanınmış ictimai xadim və səmimi insan Əfrand Daşdəmirovun əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq!

Allah rəhmət eləsin!

Ramiz Abutalıbov, Eldar Abbasov, Cəfərsadıq Abbasov, Manaf Ağayev, Roman Ağayev, Alla Axundova, Araz Axundov, Qorxmaz Axundov, Abbas Alıyev, Lətif Alnazarov, Tünzalə Vəliqızı, Məmməd Bağırov, Abuzər Bağırov, Aqşin Bağırov, İlham Bədəlbəyli, Timur Bədəlbəyli, Nizami Bəşirov, Məmməd Quliyev, Paşa Quliyev, Rafiq Quliyev, Rafiq Qafarov, Bella Musayeva, Mehman Məmmədov, Nüsrəddin Məmmədov, İlqar Məmmədov, Şaiq Məmmədov, Nəsib Nəbioğlu, Leylaxanım İsmayılova, Ramil İsmayılov, Elmira İsmayılova, Sevil İsmayılova, Alşan Zakirov, Avtandil Zeynalov, Qasım Kərimov, Sabir Həbibov, Rabson Məmmədov, Oqtay Məmmədov, Vasif Məmmədov, Əliş Əvəz, Yusif Əmiraslanov, Kamran Rüstəmov, Şamil Tağıyev, İqbal Rüstəmov, Camal Camalov, Azər Cahangirov, Azər Səfərov, Əvəz İbayev, Afaq Şıxlı, Soltan Mərzili, Mehman Tanrıverdiyev, Xalidə Səmədova, Mirəşrəf Fətiyev, Mərdan Feyzullayev, Füzuli Fərəcov, İlqar Hacıyev, Anar Həsənov, Əbdül Hüsüynov, Əşrəf Hüseynli, Yaşar Hüseynov, Oqtay Hüseynov, Mehman Şükürov və s.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir