“Exo Moskvı””nın Pskov redaksiyasına yoxlamaya gəldilər”
Hüquq-mühafizə orqanları “Exo Moskvı”” radiostansiyasının Pskov redasiyasını yoxlamaya gəliblər. Bu haqda Pskov şöbəsinin redaktoru Maksim Kostikov məlumat verib.
Bundan əvvəl radiostansiyanın Pskov redaksiyasının jurnalisti Svetlana Prokopevanın evində istintaq axtarış işləri aparıldığı bildirilmişdi. Ona qarşı terrorizmi dəstəkləmək suçundan cinayət işi qaldırılıb (RF CM 205 maddə) deyə Kosktkov söyləyib. Cinayət işinə Prokopevanın FSB-nin Arxangelsk idarəsində baş verən partlayışla bağlı yazısı səbəb ola biləcyi ehtimalından “”Pskovskaya quberniya”” nəşri yazıb. Nəşrin məlumatına görə bu material Pskov xəbər xəttində dərc olunub (hazırda oradan silinib), amma materialın “”Exo Moskvı”” radiosunun Pskov şöbəsinin müəllifinə aid olduğu deyilir.
İstintaq Komitəsi Arxangelskdə FSB-nin binasında baş verən terrordan sonra cinayət işi qaldırıb. Qeyd edək ki, 2018-ci ilin oktyabrının sonunda FSB-nin Arxangelsk vilayəti üzrə idarəsində partlayış baş verimişdi. İstintaq Komitəsinin versiyasına görə bombanı binaya 17 yaşlı yerli sakin gətirib və qurğu əlində işə düşdüyü üçün özü də partlayışda ölüb. Bu işlə əlaqədar ölənlə ünisyyətdə olan 14 yaşlı məktəbli saxlanılıb.
Yenises.ru“