Fransada prezident seçklərinin birinci turunda Makron və Le Pen liderlik edir
Exit-poll-un nəticəsinə görə Fransada prezident seçkilərinin birinci turunda Makron və Le Pen liderlik edirlər. Məşhur sosioloji institutunun bu gün günortaya olan məlumatına görə Fransanın keçmiş iqtisadiyyat naziri Emmanuel Makron və “Xalq cəbhəsi””nin lideri Marin Le Pen birinci turda liderlik etdiyini Belçikanın RTBF telekanalı xəbər verir.
Məlumat verilir ki, Makron 24 faiz, Le Pen 22 faiz, respublikaçıların namizədi Fransua Fiyon -20,5 faiz, “”Fəthedilməz Fransa”” hərəkatının lideri Jan-Lyuk Melanşon-18 faiz səs toplayıblar.
Bundan əvvəl telekanal xəbər vermişdi ki, Fransanın üç dənizarxası ərazisi- Sen-Pyer və Mikelon, Martinik və Qvianda səslərin çoxunu Melanşon götürüb.
Bazar günü Fransada prezident seçkilərinin birinci turu keçirilir. Səhər açılan 66 min seçki məntəqəsi 47 milyon seçicini qəbul edəcək. Həmçinin xaricdə də səs vermək üçün seçki məntəqələri açılıb və səsvermə keçirilir.
/Yenises.ru/“