Norveçin baş naziri taksi sürücülüyü etdi


Norveçin baş naziri taksi sürücülüyü etdi
Şah Abbas təğyiri –libas oldugu vaxtlardan və onun ənənəsindən uzaq olsaq da, bəzən o təcrübəyə dönülür, həm də Avropada.

Norveçin baş naziri Yens Stoltenberq seçki ərəfəsində nazir kreslosunu taksi sükani ilə əvəz etməyi qərara alıb. O, bazar gününün yarısını taksiçilk etməklə keçirib.

Baş nazir taksi sürücüsü paltarı geyib gunəş eynəyi taxsa da, bəzi vətəndaşlar onu tanıyıblar.

Nazirin dediyinə görə o taksi sürücüsü olmaq vətəndaşların müstəqil mövqeyini öyrənmək baxımından yaxşı üsuldur.

Taksi sürücülüyü edən baş nazirin videolentə aldığı kadr bazar günü onun Facebook səhifəsində paylaşılıb və rekorda imza atıb.

Baş nazir sərnişinləri ilə bir çox problemləri, o cümlədən təhsil,bankirlərin yüksək əmək haqqı alması, təbii ehtiyatlar məsələlərini müzakirə edib. Baş nazir gediş haqqı üçün heç nə götürməyib.

Yaxşı təcrübədir, amma bundan bizimkilər PR kimi istifadə etməsə…

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir