Heydər Əlieyvin 100 illik yubileyi Moskva İslam İnstitutunda anıdı
Moskva İslam İnstitutunda Azərbaycanın görkəmli şəxsiyyəti Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni və elmi əlaqələrin inkişafında teologiya və multikulturalizm təcrübəsinin rolu” mövzunda dəyirmi masa keçirildi.
Elm xadimləri, diaspor təşkilatları rəhbərləri və nümayəndərlərinin iştirak etdiyi dəyirmi masanı Moskva İslam İnstitutunun (MİU) rektoru, teologiya elmləri doktoru Dəmir Muhitdinov açaraq, görüş iştirakçıların salamladı. Doğma institunun divarları arasından belə bir göürüçü təşkil etməkdən məmnunluq duyduğunu dilə gətirən D. Muhtdinov rəhbərlik etdiyi ali təhsil ocağının yaranması, eli-araşdırma sahəsindəki fəlaiyyətləri, qarşılıqlı iş təcürbələri haqqında qısa məlumat verdi.
Moskva İslam İnstitutunun Azərbaycan Teologiya İnstitutu ilə sıx əlaqələrindən də söhbət açan rektor 2022-ci ilin dekabrında və 2023-cü ilin martında Azərbaycana etdiyi səfər, oradakı işgüzar görüşlərin səmərəliliyindən söhbət açdı. Belə görüşlərin mədəni və dini baxışların müxtəlifliyi fonunda cəmiyyətin inkişafında səmərəli olacağını da söylədi.
Azərbaycan Teologiya İnstitunun rektoru, fəlsəfə və teologiya elmləri doktoru Aqil Şirinov da öz növbəsində dəvət üçün Dəmir Muhitdinova təşəkkür etdi. Sonra “Azərbaycan ilahiyyatçılarının islamşünaslığa verdiyi töhfələr və çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda multikulturalizmin mövqeləri ” haqqında geniş məruzə etdi.
Aqil Şirinov məruzəsində mədəni və dini müxtəlifliyin mövcudluğuna nəzərən bu fərqliliyin cəmiyyətin inkişafına necə təsir etdiyinin vacibliyindən və onun yolunun təbii bu səpkili görüş və müzakirələrdən, birgə elmi araşdırmalardan keçdiyini qeyd etdi.
O, eyni coğrafiyanı paylaşan, eyni yolu keçən qonşu, dost ölkələr və xalqlar arasında bu əlaqələrin qurulması və möhkəmləndirilməsində Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin rolunun danılmazdır olduğunu da dilə gətirdi.
A. Şirinov rəhbərlik etdiyi Azərbaycan Teologiya İnstitutunda gələcək islamşünasların yetişdirilməsinin dinə birmənalı olmayan münasibətlərin aradan qaldırılması, onun elmi aspekdən öyrənilib qavranılması, insanlara çatdırılması yolunda mühüm addım olduğunu da vurğuladı.
Azərbaycanln Ruisyadakı Fövqəladə və Səlahiyyətli səfirinin müşaviri Aqşin Əliyev institut rəhbərliyi başda olmaqla, masa iştirakçılarına səfir Polad Bülbüloğlunun salam və hörmətini çatdırdı. Həm səfirin həm də öz adındn tədbiri keçirənlərə təşəkkürünü bildirdi.
M.Lomonosov adına Moskva Dövlət Universitetinin Sosiologiya fakültəsinin Kommunikasiya sistemləri sosiologiyası kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Ağamalı Məmmədov dinə sosioloji və fəlsəfi nöqteyi-nəzərdən yanaşaraq islamın, sufizimin sosial-ictimai problemlərinin bugünkü mövcudluğuna toxundu. Onun çıxışı maraqla qarşılandı.
Eləcə də Rusiya Dövlət Sosiologiya Universitetinin fəlsəfə elmləri doktoru, professor İbrahim Məlikovun “multikurtulizm” nədir –deyə onun kəsb etdiyi mənadan yola çıxaraq bu gün tamam başqa şəkildə qarşımıza çıxmasına, dinin sosioloji tərəfdən hələ də öyrənilməmiş yönlərinə diqqət çəkməsi masanı daha da hərarətləndirdi.
Maraqla qarşılanan çıxışlardan biri də Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin yetkilisi Camal Camalovun ulu öndərlə bağlı danışdığı xatirələri idi. Heydər Əlitevin Ali Sovetin Nazirlər Şurasının sədrinin birinci müavini işlədiyi vaxtda şəxsi katibi olan C. Camalov bu faktları ilk dəfə burada səsləndirdiyini söyləyərək, 1982 və 1987-ci illər arasında baş verən iki böyük qəza və onun araşdırılmasında H. Əliyevin buna böyük diqqət, məsuliyyət və həssaslıqla yanaşmasından danışdı.
Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Regional İctimai Təşkilatı Şurasının sədr müavini, riyaziyyat elmləri doktoru Həşim Əliyev Heydər Əliyevin Azərbaycanda milli kardrların yetişdirilməsində, ali məktəblərin açılmasında, eləcə də müsəlman Azərbaycanında hərbi kadr yetişdirilməsinə soyuq yanaşılan bir vaxtda C. Naxçıvanskı adına ali hərbi məktəbin yaradılması və ora sırf azərbaycanlı uşaqlarının cəlb edilməsindəki səyi, və sadalamadığımlz daha böyük lşləri onun uzaqğörən şəxsiyyət olduğunun bariz nümunəsidir.
Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin Regional İctimai Təşkilatı Şurasının sədri Bəxtiyar Həsənov Heydər Əliyevin 100 illiyi ilə bağlı belə bir tədbiri təşkil edən təşəbbüskarlara və təşkilatçılara diaspor nümayəndələri adından təşkkür etdi.
Görüşün sonundan tədbirin təşkilatçısı Dəmir Muhitdinov Azərbaycandan gələn məsləkdaşı Aqil Şirinova Moska İslam İnstitutunun fəxri professoru diplomunu təqdim etdi.
Azərbaycan Teologiya İnstitutunun rektoru Aqil Şirinov da əliboş gəlmədiyini və İnstituta Qarabağ müharibəsində Qələbəmizin rəmzi olan Şuşanın nəfis işlənmiş portretini hədiyyə etdi.
Görüşün sonunda iştirakçılar Moskva İslam İnstitutunda H.Əliyevin 100 illik yubileyi münasibətilə açılmış “Azərbaycan-Vətənim mənim” kitab sərgisi ilə tanış oldular.
Tünzalə Vəlqiqızı, Moskva
Yenises.ru