Heydər Əlieyvin 100 illik yubileyi Moskva İslam İnstitutunda anıdı


 Moskva İslam İnstitutunda Azərbaycanın görkəmli şəxsiyyəti Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni və elmi əlaqələrin inkişafında teologiya və multikulturalizm təcrübəsinin rolu” mövzunda dəyirmi masa keçirildi.

Elm xadimləri,  diaspor təşkilatları rəhbərləri və  nümayəndərlərinin iştirak etdiyi dəyirmi masanı  Moskva İslam İnstitutunun (MİU) rektoru,  teologiya elmləri doktoru Dəmir Muhitdinov açaraq, görüş iştirakçıların salamladı. Doğma institunun divarları arasından belə bir göürüçü təşkil etməkdən məmnunluq duyduğunu dilə gətirən  D. Muhtdinov  rəhbərlik etdiyi  ali təhsil ocağının yaranması, eli-araşdırma sahəsindəki fəlaiyyətləri, qarşılıqlı iş təcürbələri haqqında qısa məlumat verdi.

Moskva İslam İnstitutunun Azərbaycan Teologiya İnstitutu ilə  sıx əlaqələrindən də söhbət açan  rektor  2022-ci ilin dekabrında və 2023-cü ilin martında Azərbaycana  etdiyi səfər, oradakı işgüzar görüşlərin səmərəliliyindən  söhbət açdı.  Belə görüşlərin mədəni və dini baxışların müxtəlifliyi fonunda cəmiyyətin inkişafında səmərəli olacağını da söylədi.

Azərbaycan Teologiya İnstitunun rektoru, fəlsəfə və teologiya elmləri doktoru  Aqil Şirinov da  öz növbəsində dəvət üçün Dəmir Muhitdinova təşəkkür etdi.  Sonra “Azərbaycan ilahiyyatçılarının islamşünaslığa verdiyi töhfələr və çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda multikulturalizmin mövqeləri ” haqqında   geniş  məruzə  etdi.

Aqil Şirinov  məruzəsində  mədəni və dini müxtəlifliyin mövcudluğuna  nəzərən bu fərqliliyin cəmiyyətin  inkişafına necə təsir etdiyinin vacibliyindən  və onun yolunun təbii bu səpkili görüş və müzakirələrdən, birgə elmi araşdırmalardan keçdiyini qeyd etdi.

 O, eyni coğrafiyanı paylaşan, eyni yolu keçən qonşu, dost  ölkələr və  xalqlar  arasında bu əlaqələrin qurulması və möhkəmləndirilməsində Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin rolunun danılmazdır olduğunu da dilə gətirdi.

A. Şirinov rəhbərlik etdiyi Azərbaycan Teologiya İnstitutunda gələcək islamşünasların yetişdirilməsinin dinə birmənalı olmayan  münasibətlərin aradan qaldırılması, onun elmi aspekdən öyrənilib qavranılması, insanlara çatdırılması yolunda mühüm addım olduğunu da vurğuladı.

Azərbaycanln Ruisyadakı Fövqəladə və Səlahiyyətli səfirinin müşaviri Aqşin Əliyev institut rəhbərliyi başda olmaqla, masa iştirakçılarına səfir Polad Bülbüloğlunun salam və hörmətini çatdırdı. Həm səfirin həm də öz adındn tədbiri keçirənlərə təşəkkürünü bildirdi.

M.Lomonosov adına Moskva Dövlət Universitetinin Sosiologiya fakültəsinin Kommunikasiya sistemləri sosiologiyası kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Ağamalı Məmmədov  dinə  sosioloji və fəlsəfi nöqteyi-nəzərdən yanaşaraq islamın, sufizimin sosial-ictimai problemlərinin bugünkü mövcudluğuna toxundu. Onun  çıxışı maraqla qarşılandı.

Eləcə də  Rusiya Dövlət Sosiologiya  Universitetinin fəlsəfə elmləri doktoru, professor  İbrahim Məlikovun “multikurtulizm” nədir –deyə onun kəsb etdiyi mənadan yola çıxaraq bu gün tamam başqa şəkildə qarşımıza çıxmasına, dinin sosioloji tərəfdən hələ də öyrənilməmiş yönlərinə diqqət çəkməsi masanı daha da hərarətləndirdi.

Maraqla qarşılanan çıxışlardan biri də Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin yetkilisi Camal Camalovun ulu öndərlə bağlı danışdığı xatirələri idi.  Heydər Əlitevin Ali Sovetin Nazirlər Şurasının sədrinin birinci  müavini  işlədiyi  vaxtda  şəxsi katibi olan C. Camalov bu faktları ilk dəfə burada  səsləndirdiyini söyləyərək, 1982 və 1987-ci illər arasında baş verən  iki böyük qəza və onun araşdırılmasında H. Əliyevin  buna böyük diqqət, məsuliyyət və həssaslıqla yanaşmasından  danışdı.

Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Regional İctimai Təşkilatı Şurasının sədr müavini,   riyaziyyat elmləri doktoru Həşim Əliyev Heydər Əliyevin Azərbaycanda milli kardrların yetişdirilməsində, ali məktəblərin açılmasında, eləcə də müsəlman Azərbaycanında hərbi kadr yetişdirilməsinə soyuq yanaşılan bir vaxtda C. Naxçıvanskı adına ali hərbi məktəbin yaradılması və ora sırf azərbaycanlı uşaqlarının cəlb edilməsindəki səyi, və sadalamadığımlz daha böyük lşləri onun uzaqğörən şəxsiyyət olduğunun bariz nümunəsidir.

Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin Regional İctimai Təşkilatı Şurasının sədri Bəxtiyar Həsənov Heydər Əliyevin 100 illiyi ilə bağlı belə bir tədbiri təşkil edən təşəbbüskarlara və təşkilatçılara diaspor nümayəndələri adından təşkkür etdi.

Görüşün sonundan tədbirin təşkilatçısı  Dəmir Muhitdinov Azərbaycandan gələn məsləkdaşı Aqil Şirinova Moska İslam İnstitutunun fəxri professoru diplomunu təqdim etdi.

Azərbaycan Teologiya İnstitutunun rektoru Aqil Şirinov da əliboş gəlmədiyini və İnstituta Qarabağ müharibəsində Qələbəmizin rəmzi olan Şuşanın nəfis işlənmiş portretini hədiyyə etdi.

Görüşün sonunda iştirakçılar Moskva İslam İnstitutunda H.Əliyevin 100 illik yubileyi münasibətilə açılmış “Azərbaycan-Vətənim mənim” kitab sərgisi ilə tanış oldular.

Tünzalə Vəlqiqızı, Moskva
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir