Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil…
2020-ci il yanvarın 1-dən etibarən Hollandiyanın adı rəsmi olaraq Niderland kimi adlanacağı haqda The Guardian xəbər verib. Yerli hakimiyyət orqanları, özəl şirkətlər və universitetlər yalnız Niderland adından istifadə edəcəklər.
Hökumətin fikrincə, belə bir qərar turist axınını yenidən bölüşdürəcəkdir. İndi səyahət edənlərin çoxu Amsterdam, Haarlem, Haaqa şəhərlərini əhatə edən tarixi Hollandiyanı ziyarət edirlər. Onlar turist axınının öhdəsindən gələ bilmirlər.
Ölkənnin adının Niderlan kimi rəsmiləşdirilməsində məqsəd populyar olmayan bölgələrə turistlərin marağını cəlb etmək, “narkomanlar üçün cənnət”” imicindən yaxa qurtarmaq üçündür. Eyni zamanda, “”qırmızı işıqlı rayonlara”” edilən ekskursiyalar demək olar ki, tamamilə ləğv edilib və qanuni fahişəxanaların sayı azaldılıb.
Hökümət ölkənin adının islahatı üçün 200 min avro ayırıb.
Şimali və Cənubi Hollandiya Niderlandda yerləşən iki vilayətdir. Tarixi faktlara görə, I Pyotr bu ölkədən diplomatik səfərdən vətəninə qayıtdıqdan sonra oranı səhv olaraq Hollandiya kimi adlandırıb.
Yenises.ru“