İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb – VİDEO


İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb - VİDEO

“Varlığım millətimə, Türk birliyinə ərməğan olsun!”

Türk dünyasının tanınmış ziyalısı, tarixçi alim, hüquqşünas İbrahim Xəlil Balayoğulları 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinin növbədənkənar seçkilərində iştirakına qərar verməsi haqqında Facebook səhifəsində paylaşdığı xəbəri bu sözlərlə bitir.

Harada bir türk varsa, o türkün olduğu yer mənim ünvanımdır. Bu əqidə ilə yola çıxan və illərdir o yollarda yorulmayan İbrahim Xəlil Balayoğullarının Şəki 114 saylı birinci seçki dairəsindən Azərbaycan Milli Məclisi deputatlığına namizədliyini iverməsi xəbəri bir çox qruplarda geniş müzakirə doğurub. Dünyanın bir çox ölkələrində yaşayan ziyalılar onun bu addımını alqışlamaqla bərabər, adının Şəkinin ən ünlü şəxsiyyətləri ilə yanaşı çəkilməyi haqq edən biri olduğunu da söyləyiblər.

“Azərbaycan tarixinin çətin sınaqlardan keçdiyi bir dönəmdə bizi həm ölkə daxilində, həm də dünyada təmsil edəcək, siyasi polemika arenalarında sözünü deyə biləcək belə təcrübəli ziyalılara ehtiyacımız var. İbrahim Xəlil Balayoğulları bütün MDB ölkələrində və türk dünyasında sayılan, seçilən, tanınan ziyalılarıımızdandır. O olmayacaq da, kim olacaq?!””

Onu da qeyd edək ki, doğulduğu Aşağı Göynük kəndindən namizədliyini irəli sürən İbrahim Xəlil Balayoğulları mandatsız da bu xalqa, millətə xidmət etdiyini bildirib. “”Mandat xalqa, millətə xidmətə yardım edəcək bir vasitədir””.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir