İnterpola ilk dəfə qadın başçılıq edəcək
İnterpolun tarixində ilk dəfə ora qadın başçılıq edəcək. Təşkilatın Romadakı Baş Assambleyasının rəhbəri vəzifəsinə bu gün Fransanın polis kommisarı Mirey Balestrassi seçilib. Bu haqda France-Presse agentliyi məlumat verib.
Balestrassi 1975-ci ildən polis kommisarı işləyir. O Bordo və Korsikada mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə uğurlu xidmətinə görə şöhrət qazanıb. Xüsusliə 1990-cı illərdə adaya nəzarət uğrunda müxtəlif cinayətkar qruplar arasında gedən mübarizədə cinayət polisinə rəhbərlik edib.
2010-cu ildə 58 yaşlı Balestrassi İnterpolun Avropa üzrə icraetmə komitəsində vitse-prezidenti vəzifəsini icra edib. Qeyd edək ki, komitənin 13 üzvündən 2-si qadındır. 4 noyabrda İnterpolun konqressini ziyarət edən Fransanın daxili işlər naziri Manuel Vals Balestrassi haqqında “onun Fransa polisinin qurur duyduğu qadınlardan olduğunu”- deyib.
Onun sözlərinə görə Balestrassinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə təcrübəsi onun yeni vəzifəsində Cənubi və Şərqi Avropadan olan narkotacir və mafiyalarına qarşı dayanmasına kömək edəcək.
/Yenises.ru/