İsrailin müdafiə naziri İrana zərbədən danışdı
İsrailin müdafiə naziri Ehud Barak Milli təhlükəszilik İnstitutunda keçirilən konfransda çıxış edərkən “İsrail İrana zərbə endirəcəkmi və bunu nə zaman etmək lazımdır haqda qərarı özü verəcək”- deyib. O, bu məsələ ilə bağlı ABŞ-la fikir ayrılığı olsa da , amma ümumi məqsədlər və maraqlar baxımından Vaşinqton ilə Yerusəlim arasında xüsusi münasibətin saxlandığını əminliklə bəyan edib, Azadlıq radiosundan Əla Kotler məlumat verib.
Elə həmin konfransda başqa bir yüksək bəyanat verərək, Fələstin Muxtariyyəti ilə sülh danışıqları nəticə verməzsə, İsrailə qərb sahillərini qeyri-şərtsiz necə saxlamağı düşünməsi lazımdır. Fələstin muxtariyyətinin spikeri Mahmud Abbas Nabil Abu Rudeyn bildirib ki, İsrailin bu addımı muxtariyyətin yalnız müvəqqəti sərhədləri olacağına işarədir ki, bu da Fəlıstin hökümətini qane etmir. Fələstin Muxtariyyəti hakimiyyəti 1967-ci ildəki sərhədləri tanınmaqla və paytaxtı da Yerusəlim olan bir dövlətə razıdır.
/Yenises.ru/