Aysel Trudel-Birinci rus qadını


Aysel Trudel-Birinci rus qadını

Harpers Bazaar jurnalını reytinqində birinici yeri tutan Aysel Trudeli məhz belə təqdi edib.

Moskvadaki elit butiklərin sahibi və Christian Louboutin, Agent Provocateur, Diane von Furstenberg və s. bu kimi məşhur Avropa markalarının Rusiyada nümayəndəsi Azərbaycan əsilli Aysel Trudel Qərbdə öz həyat yoldaşlarını layiqli təmsil edən qadınlar reytinqində 1-ci olub. Xatırladaq ki, bu reytinqdə Anna Kurnikova, Olqa Sviblova və Natalya Vodyanova kimi tanınmış isimlər də var.

Harpers Bazaar jurnalının reytinqində birinici olan Aysel Trudel Pravda.ru saytına müsahibəsində bunun onun üçün gözlənilməz olduğunu deyib.

“Xaricilərə ərə gedən rus qadıları ərlərini rus kişiləri ilə müqayisə edirmi?”- sualına Aysel “mən daha çox azərbaycanlı kişilərlə müqayisə edirəm” cavabını verib. Birmənalı deyə bilərəm ki, xaricilər qadına ictimaiyyətin tamhüqülu layiqli nümayəndəsi kimi baxırlar. Onlar qadına daha çox azadlıq verir. “İşləmə, evdə otur, uşaqlara bax” demir.

Bakıda diplomat ailəsində doğulduğunu elə bu üzdən də ailəsi ilə çox səyahətlər etdiyini bildirən, 3-cü sinifdən həmişəlik Moskvada yaşayan Aysel Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun jurnalistika fakultəsini bitirib. Həyat yoldashı Monakodan köçmüş kanadalıdır.

16 yaşından işləməyə başlayan Aysel həyat yoldaşı ilə tanış olanda artıq Moskvada dəbli paltarların satışı ilə məşğul olan butiklər sahibiydi. Zəngin iş adamı və ixtisasca dizayner olan ərinin bu işdə hr zaman ona yardım edib , dəstəklədiyini söyləyib-Rravda.ru-nun jurnalistinə. “Məhşurlardan kimlər sizin mağazalardan geyinir?- sualina isə Kseniya Sobçak, Kristina Orbakaytenin onun magazalarından geyindiyini açıqlayıb.

“Rusiya dünyada ən çox uşaq evi olan ölkədir”- deyən və bundan üzüldüyünü söyləyən Aysel Trudel Uşaqlara yardım fondu yaradıb bu işlə məşğul olmağı reklam kimi təqdim edən jurnalsitlərə də etirazını çatdırıb.

“Mən də ixtisasca jurnalistəm. Londonda yaşayan Natalya Vodyanova çox zəngin və məşhur qadındır, o bacısının xəstəliyini görub və bu dərdi yaxından bilən biridir. Ağlayanda da gözundən axan yaş saxta deyil, o, uşaqlara yardımı onların dərdinə yandığı üçün edir, niyə bundan reklam kimi istifadə etsin ki?”-deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir