Komandalar yeni mövsümə heç-heçə ilə başladılar


Komandalar yeni mövsümə heç-heçə ilə başladılar

Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni mövsümünə start verilib. İlk turun birinci günü üç oyun keçirilib.Sumqayıtin eyniadlı komandası doğma meydanda Bakının “AZAL” komandasıyla (2:2), “Qəbələ” Zaqatala səfərdə “Simurq” komandasıyla (1:1) sülh bağlayıb. Gəncənın “Kəpəz” klubu evdə Tovuzun “Turan klubuna 2:1 hesabıyla məğlub olub.

Turun daha iki oyunu bazar günü keçirilib. Ötən mövsümün bürünc mükafatçısı olan Bakı “İnter”i Ağdamın “Qarabağ” klubu ilə qarşılaşıb. Maraqlı keçən oyun 1:1 hesabıyla sona çatıb. Daha bir sülh Bakının “Rəvan” klubu ilə “Xəzər-Lənkəran” arasında bağlanılıb-1:1.

“Neftçı” klubu Avropada mübarizəni davam etdirdiyinə görə turun “Neftçi”-“Bakı” oyunu təxirə salınıb.
Turnir cədvəlinə “Turan” 3 xalla liderlik edir.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın