Moskvada “Həzi Aslanov” futbol turnirinin II turu keçirildi
Moskva şəhəri Sokolniki parkının “Sport Tovn” stadionunda həmyerlilərimizin təşkil etdiyi Sovet İttifaq Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan futbol turnirinin ikinci oyunları keçirilib.
Günün ilk görüşü “SamElla” və “Bərəkət” komandaları arasında olub. Gorüşdə səyahətçilər 9:8 hesabıyla qalib gəliblər. Gərgin şəraitdə keçən oyunda “Samella” fasiləyə 7:2 hesablı ustunluklə yollandı. İkinci hissəyə “Bərəkət” ustunluyu ələ keçirərək hesabı bərabərləşdirməyi bacardı. Lakin oyunun sonuna yaxın turnirin bombardiri Camal Nəbizadə qeksa-trikə imza ataraq oyunda özünün altıncı, komandasının isə sonuncu qolunu vuraraq 3 xalı komandasına qazandırıb.
İkinci turda keçıirilən digər oyunlarda “Umin” “Derektiva”ı 11:3 və “Qartal” “İslam”ı 8:2 hesabıyla mə]lub edib. Turun son oyunu “Boradigah” və “İnter AZ” komandaları arasında olub. Gərgin keçən qarşılaşmada “Boradigah” 8:7 hesabıyla rəqibinə qalib gəlib.
İki turdan sonra bombardirlər siyahısında Camal Nəbizadə 11 qolla liderliyi qoruyub saxlayır.
Turnirin üçüncü turu 15 sentyabr, saat 15-00- da Sokolniki parkında yerləşən “Sport Tovn” arenasında keçiriləcək. Moskvada yaşayan ziyalılarımızı və futbol həvəskarlarını qəhrəmanımızın şərəfinə həsr olunmuş futbol turnirinə dəvət edirik.
Ramin Kazımov
/Yenises.ru/