Kreml gələn il üçün abunə nəşrlərin sayını azaldıb, xərcləri isə…


Kreml gələn il üçün abunə nəşrlərin sayını azaldıb, xərcləri isə...
Kreml daha Krım qəzetləri almayacaq, gələn ildən “Diletant”” və “”Pensiya”” oxuyacaq.

RF prezident administrasiyasında kadr yerdəyişməsindən sonra Kremlin abunə olunduğu qəzetlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Məsələn siyahıdan Krım mətbuatı yoxa çıxıb, amma əvəzinə “Pensiya” və “Diletant” jurnalları əlavə olunub.
Gazeta.ru hazırda Kremdə hanzı qəzetlərin oxunduğunu araşdırıb.

Bu il Kreml yazılı mətbuata abunə üçün 6,5 milyon rubl ayırmağa hazırdır. Bu əvəvlki illərlə müqayisə olunandır. Belə ki, 2016-ci ildə Rusiya KİV-nin abunəsinə 6 milyon rubl, 2015-ci ildə isə 5,6 milyon rubl xərclənib.

Lakin bununla yanaşı əvvəllki illərə nisbətən abunə siyahısındakı qərəmlər də dəyişib. Prezident administrasiyasının məmurları 2015-ci ildə 244 nəşrə abunə olunmuşdularsa, 2016-cı ildə bu bu rəqəm 222 olub. Bu il isə 214 adda media nəşrininin siyahısı təqdim olunub.

Kreml daha çox hansı qəzeti oxuyur. Ən populyar olan “”Kommersant”” qəzetidir. Kremldə onu 58 nəfər oxuyur. Müqayisə üçün o da bildirilir ki, 2012-ci ildə 68 məmur “”Kommersant”” oxuyurdu.

“”İzvestiya”” nın da oxucuları 55-dən 43-ə enib. Kremldə “Rossiyskaya qazeta” oxuyanların da sayı azalıb. “Novaya qazeta”nın oxucu sayı isə dəyişməz qalıb-24.

Prezident Putin yazıldığı qəzetlərin siyahısında dəyişiklik yoxdur. Sadəcə o siyahıdan “Profil” jurnalı çıxarılıb.

Prezident administrasiyasının rəhbəri Anton Vayno “Kommersant”, “Vedomosti”, “KP”, “MK”, “Novaya qazeta”, “Nezavisimaya qazeta”, RBK həmçinin “Forbs”, “Geo”, “Vokruq sveta” jurnallarını alır. Vayno yeanə məmurdur ki, Hollivud ulduzlarının həyatından bəhs edən The Hollywood Reporter jurnalına yazılıb. Eyni zamanda turizm, aviaçirkət, şoptur, istirahət mərkəzləri və otellərdən bəhs edən Conde Nast Traveller jurnalının da bu günə kimi tək abunəçisidir.

Gələn ildən Kremlə “Qolos Krıma” və “Krımskiye izvestiya” gətirilməyəcək. “Tvoy den” qəzeti də olmayacaq. Çünki qəzet artıq nəşr olunmur.

Yenises.ru


Bir cavab yazın