Rusiyada yaşayış üçün icazə vəsiqəsi lotereya ilə verilə bilər


Rusiyada yaşayış üçün icazə vəsiqəsi lotereya ilə verilə bilər
Leninqrad vilayəti qanunverici məclisin deputatları xarici vətəndaşların Rusiyada yaşayış icazəsi alması üçün onu lotereyada udmağı təklif edən qanun layihəsi hazırlayiblar. Bu haqda RİA Novosti məlumat verib.

“Xarici vətəndaşlara Rusiya Federasiyasında yaşamaq icazəsi elektron lotereyanın qalibi olanlara və avtomatlaşdırılmış informasiya sistemindən istifadə etməklə təsadufən seçilənlərə verilə bilər””-deyə agentliyə daxil olan izahedici sənəddə qeyd edilir.

Düzəlişin “”Rusiya Federasiyası Xarici Vətəndaşın hüquqi vəziyyəti haqqında “” federal qanununa əlavə edilməsi təklif olunur. Layihənin Dövlət Dumasına nə zaman təqdim ediləcəyi haqqında isə məlumat yoxdur.

Deputatların planına görə lotereyada 18 yaşından kiçik və təhsili orta səviyyədən aşağı olmayan xarici vətəndaşlar iştirak edə bilərlər.

Bundan başqa lotereyada iştirak etməkdən ötrü emiqrasiya səviyyəsi aşağı olan ölkələrin siyahısı tutulması təklif edilir. Deputatlar lotereyada iştirak etməyin pulsuz olduğunu da vurğulayırlar.

Dekabrın 2-də prezident Vladimir Putin xüsusilə keçmiş SSRİ vətəndaşları və mədəniyyət xadimlərini üçün Rusiya vətəndaşlığı almaqdan ötrü olan prosedür qaydaları sadələşdirməyə çağırmışdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir