Məmməd İsmayıl Moskvada
Bu ilin fevral ayının 14-15 də M. Qorki adına Moskva Dünya Ədəbiyyatı institutunda məşhur rus şairi Yuriy Kuznetsovun xatirəsinə həsr edilmiş “Y.Kuznetsov-Rus dünyası və Avropa”” konfransı keçirildi.
Bu dahi şairin ölümündən bəri (2003-cü il) keçirilməkdə olan yeddinci konfrans idi.
Bu işdə şairin dostlarının və ələlxüsusda həyat yoldaşı Batimə xanımın böyük əməyi vardır.
İki gün davam edən bu konfransada dünyanın müxtəlif yerlərindən şair, yazıçı, tənqidçi və jurnalistlər iştirak edirdilər.
Azərbaycan və Türkiyə adından Çanaqqala universitetinin professoru şair Məmməd İsmayıl “”Y.Kuznetsov və Azərbaycan ədəbiyyatı”” mövzusu ilə çıxış etdi.
Çıxış sürəkli alqışlarla qarşılandı.
Onu da qeyd edim ki, bu Məmməd bəylə mənim Moskvada iştirak etdiyimiz ikinci konfrans idi.
Fevral ayının 9-da Məmməd bəy, türk dünyasının təkrarolunmaz şairi və filosofu Əlişir Nəvainin doğum gününə həsr edilmiş konfransda da o, öz sözünü demişdi.
Bundan əlavə əziz şairimizin Rusiyanın paytaxtında olduğu müddətdə, “”Literaturnaya qazeta””da rus dilində seçmə şeirləri və onun haqqında “”Xoşməramlı ədəbi səfir”” adlı məqalə dərc olunub.
Afaq Şıxlı
Moskva
Yenisəs.ru üçün“