Arda Turanın transferi üçün 100 milyon avro


 Arda Turanın  transferi  üçün  100 milyon avro
“Barselona”” klubunun yarımmüdafiəçisi və Türkiyə millisinin oyunçusu Arda Turan mövsümün sonunda Çin liqasinda oynaya bilər. Bu haqda Türkiyə mediasi məlumat verib.

Arda Turanla hansı klubun maraqalndiği haqda məlumat verilmir, lakin onun transferi üçün 100 milyon avro təklif edildiyi bildirilir. 29 yaşlı türk futbol ulduzuna 5 illik müqaviləyə görə bu qədər məbləğ ödənəcək. Arda Turanın maaşı isə dəqiqləşdirilməyib.

Arda Turan keçən ilin yayında Madridin “”Atletiko”” klubundan “”Barselona”” ya 34 milyon avroya transfer olunub. Hazirki çempionatda türk legioneri “”Barsa”” ilə 4 oyun keçirib və oyunun ikisində vurulan iki qolun ötürücüsü olub.

Fevralın 5-də Donetskin “”Şaxtyer”” komandasının braziliiyalı yarımmüdafiəçisi Aleks Teyşeyra Çinin “”Tsyansu Saynti”” komandasına 50 milyon avroya transfer edilmiş və qış mövsümü transfer pəncərəsinin ən bahalı keçidi hesab olunmuşdu. İki gün bundan əvvəl isə Çinin başqa bir komandası-“”Quançkou””- Madrid “”Atletiko””sunun forvardi, Kolumbiya yığmasının oyunçusu Cekson Martinesə 42 milyon avro ödəyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir