Məmməd İsmayıl – Üç birli ömür- 01.11
Uzun illər üç birli ömrünüz bu təklərdən yol aldı, bu təklərlə yol saldı. Ədəbi sənətə vurduğunuz vahid naxışlardan zaman-zaman özünüz və şeirləriniz danışıb.
Nadir, yek, tək… Bu təklərlə ömürdə də təkləndiniz… Amma tək deyilsiniz.
Qürbətə sürgün demədiniz. Sözə azadlıq verənlər özləri sürgün olarlar-dediniz, belə qəbul etdiniz. Özünü sözə sipər etmək budur!
Məmməd İsmayıl! Özüylə sözü arasındakı məsafəni taraz saxlayıb, ona hər zaman sadiq olan şair.
Şairlər haqqında o qədər yüksək söz deyilib ki…
Şairəm demək- məsuliyyət deməkdir. Şairəm demək- sözü yükləmək deyil, sözə yüklənmək deyil, özünü yükləyib sözü arxasında daşımaqdır…
Sözünün nizamı ilə öz initzamı uzlaşan şair daha çox qəlblərə hökm edə biləndir.
O sıradakılar vicdanını sözünə satmayan, səmimi sözu saxta əməlinə alət etməyən, sözun qeyrətini öz qeyrəti bilən, sözüylə baş deyil, savaş kəsdirənlərdir.
Saçınızın dəninə dən qatan illər yenə “Ağacdələn”ə dönüb qapınızı döyür. Yenə yeni bir ucalığın astanasında bir payıza əl edirsiniz.
Məmməd İsmayıl, bü gün doğum gününüzə sizə ərməğan olaraq Sizi ucladan və Siz ucaltdığınız sözdən qiymətli hədiyyə tapa bilmədim. Türk dünyasının böyük şairi, doğüm gününüz mübarək olsun!
Taleyi sınaqlardan keçən şair, bu seçki, sınaq gününə təsadüf edən doğum gününüzdə xalqımıza və Sizə sınaqlarda sınmamaq arzulayıram.
Məmməd İSMAYIL
SINAQ
Tanrının yaddaşından
Dünyanın o başından
Ana bәtni tunelin
Qaynar qaranlığından
Gәlib qürbәtә düşmәk.
Sәni geyәn bәdәnlә
Aynadan sәnә baxan sәnli vә sәnsiz sәnlә
Kölgәn ilә görüşmәk!
Qәlbdә-
Ömür adlı qәlibdә
Havasına, suyuna,
Hәlә alışmadığın bir dünyada yaşamaq-
Vә… sonra ömrün boyu nişanın itәr deyә
Köbәyindә ananın
Vә gәldiyin dünyanın möhürünü daşımaq,-
Sınaq!
Olum-ölüm
bir düşün
Bir ömür yol uzanır
Tire aralığında
Bu iki zidd görüşün.
Keçdiyin yollar boyu hәrdәn izin yoxdusa
Düşmәn baxışlarıyla boylanma ayağına.
Xoş günündә özün gәldin, dar günündә
Allah aldı qucağına…
Bәlәdçin, yol yoldaşın
Tanrıdan vә anandan qalan elborcu sevgi.
Ürәyinin içindәdi, ürәyindәn yaxındı,
Uzaq,uzaq ulduzlardan biri kimi uzaqdı
Sev ki,
Sevmәk-yenidәn doğulmaqdı…
Çәtini gözlәrinә baxmaq, әllәrinә toxunmaqdı,
Әllәrinә toxundun,
gözlәrinә baxdın,
İçindәki şeytanı azadlığa buraxdın!
Gözlәrinә baxmaq, әllәrinә toxunmaq,-
Sınaq!
Vә ömür…
Sınaqdı,-
İki daşın arasında qoymaq keçmişini
İlan kimi qabığını soyunmaq
Öncә dәyişmәk,
sonra çәkdirә bilmәk ağrıyan dişini,
Sınaq!
Gözünlә günәşi içinә tәpmәk
Havayı havayla
Yer şarına döndәrmәk ciyәrlәrini,
Ölümü bilә-bilә
bilmәmәk ölümün vaxtını vә yerini
ölmәk,
yaddaşını silmәk,
vә hәr şeyi unutmaq…
Getdiyin hәyat yolu deyil, ölüm yoludu
Axtarıb tapacağın-ölümdü.
Bu dünya itkilәrdi, ha küsәk, hayıfsınaq.
Yaşamaq sınaqdı,
ölüm ondan da sınaq!
Tünzalə Vəliqızı, Moskva
Yenises.ru
01.11.2015