Yeri hər zaman görünən M.Ə.Rəsulzadə
6 MART 1938…
6 MART 1955…
Daha bir məşum, ürəkləri dağlayan 6 mart tarixi var. 1938- ci il bu tarixdə Əmin bəyin 24 yaşli böyük oğlu Rəsulun güləlləndiyi tarix… 17 il zaman aşamasi var atayla oğulun ölüm tarixləri arasinda. Bu şanli, izzətli istiqlal ruhlu ailəyə sanki dərd də batmanla gəlib, amansizca, qəddarca nəfəs belə aldirmağa imkan vermədən… Xoş ailə xatirələri oldumu görən bu ailənin?!
Bütün bir aynanin çilik-çilik olunmuş qirintiları kimi yalnız kiçik fraqmentlər oldu təsəlliləri. Pərən-pərən düşmüş, bilinməyən məzarlar necə təsəlli tapacaq görən?! Tanrı, tarix, xalq , millət, istibdad və şər hamısı bu ailənin vebalını daşıyır, hamısı… mistik səslənsə də qiyamət günü kim kimə hesab verəcək görən?!
GÜNƏŞİ PALÇIQLA SUVAMAQ OLMAZ!
” Yaşatmazdı qəlblərdə ümidsizlik və məlal
Onun məfkurəsiydi, HAK, MUSAVAT, İSTİQLAL!
Sar köksünə, Ankara yurdumun ziynətini,
Günü gəlincə istər səndən əmanətini,
Şükranını sunarkən bir gün hörmətlə sana
O kəmiklər gedəcək, gedəcək o vatanına!
Saxla qoynunda onu, vermə yabana, yelə
Bir hədiyyən olacaq yurdumdakı heykələ.”
(Məhəmməd Əmin Rəsulzadənin son mənzilə yola salınarkən mühacir şairimiz Kərim Yaycılının Onun məzarı başında oxuduğu şeiri).
M.Ə.RƏSULZADƏ AZƏRBAYCAN İSTIQLALİYYƏTİNİN SÖNMƏYƏN GÜNƏŞİDIR!
(Məhəmməd Əmin Rəsulzadənin son mənzilə yola salınarkən mühacir şairimiz Kərim Yaycılının Onun məzarı başında oxuduğu şeiri).
1955-ci ildə Hindistana səfəri zamanı M.Ə.Rəsulzadənin vəfatı xəbərini alan S.H.Tağızadə də bu xəbərdən bərk sarsılmış və onun haqqında İranda “Suhən” (Söz) qəzetində “Hadisələrlə dolu bir həyatın sonu” adlı məqalə yazaraq Rəsulzadəni belə yad etmişdir: “O rəhmətliklə bu cənabın (yəni Tağızadənin) arasındakı dostluğun səmimiyyəti, saflığı o qədər fövqəladə idi ki, bu hadisəyə münasibət bildirərkən hislərimi cilovlamağa çalışsam, yenə də qorxuram mənim fikirlərim mübaliğəsiz qarşılanmasın. Rəsulzadə adlı-sanlı şəxsiyyətlərdən idi. Əgər desəm ki, mən bütün ömrüm boyu Şərq dünyasında onun bənzərini görməmişəm, bilin ki, bu fikrimdə heç bir mübaliğə etməmişəm. O, dünyada baş verən hadisələrdən xəbərdar, qələminin kəsəri olan bir şəxs idi. Onun imanının qüvvəti, bəyanının qüdrəti heyrətamiz idi. Mən onu tanıdığım üçün özümü xoşbəxt sanıram. Mənimlə onun arasındakı əlaqə bir dostluqdan daha yuxarıda dururdu. Mən onun əxlaqına, tərbiyəsinə məftun olmuşdum. Belə bir şəxsiyyəti olan millət xoşbəxtdir. O rəhbər üçün bütün səciyyələrə sahib kamil bir lider idi. O öz ardıcıllarını ruhlandırır, inamlı olmağa çağırırdı. Mən onun siyasi fəaliyyətinin bir hissəsinin İranda və İran üçün olduğuna görə çox razıyam. O ömrünün sonuna kimi İrana olan bağlılıq və sevgisini əldən vermədi. O mənim qədim vəfalı dostum idi. Bu cür dostun yoxluğundan qəlbimi necə kədər bürüdüyünü dillə deyə bilmərəm…”
P.S. Seyid Həsən Tağızadə.(Əslən Ordubaddandır-M.İ).
Doğum tarixi: 1878
Doğum yeri: Təbriz, Cənubi Azərbaycan
Vəfatı: 21 yanvar 1970
Vəfat yeri: Tehran, İran
Seyid Həsən Tağızadə(1878-1970) – siyasi xadim, İranda Məşrutə inqilabının iştirakçısı, İranın ilk Məclisinin üzvü, İranın İngiltərə və Fransada səfiri, İran Senatının sədri, maarifçi.
HƏZİN BİR “ AYAQQABI” HEKAYƏSİ…
1911-1912-ci illər İrandan çıxarılmış Rəsulzadə və Tağızadə bir müddət İstanbulda bir evdə yaşayb, ehtiyac və sıxıntılara birgə davam gətirmişdilər. 1913- cü ildə Avropaya yollanan Tağızadə yaxın dostu, lakin artıq keçmiş məsləkdaşı (əslən İran türkü olan Həsənzadə -sırf irançı idi) Məhəmməd Əmin bəylə ayrılarkən dostunun ayaqqabılarının tamam yararsız vəziyyətdə olduğuna, lakin onun son pulunu kitaba, qəzetə verdiyinə diqqət yetirir. Rəsulzadənin qürurlu xasiyyətinə yaxşı bələd olan Tağızadə ona bir söz demədən öz ayaqqablarını sakitcə dostu üçün qoyub gedir.
MÜHÜM QEYD:
Rəsulzadə və Tağızadə haqqında yazılanlar Dəyərli Tarixçi Alimimiz Professor Solmaz Rustamova-Togidinin məqaləsindən alıntıdır. “ Ayaqqabı” hekayəsini də ilk olaraq Solmaz Xanım sayəsində öyrənmişəm bu arada.
Məhəmməd İSRAFİLOĞLU, Almaniya
06.03.2026
