Mıtişidən olan atıcı sabiq vəkil Elman Paşayevdən kömək istəyib
Bunu hüquqşünas özü etiraf edib. Paşayev hətta bir neçə məsələ ilə bağlı ona məsləhət belə verib.
Aktyor Mixail Yefremovun işindən sonra vəkillik statusundan məhrum edilən Elman Paşayev mıtişili atıcının (Vladimir Bardanov) ötən il ona hüquqi kömək üçün müraciət etdiyini söyləyib.
“Ötən il hüquqi kömək üçün mənə müraciət etdi. Dedi ki, kimlərsə sifariş veriblər. İstənilən vaxtı onu saxalmaq təhlükəsi gözlənilir. Polislər məni hansısa köhnə cinayət işinə görə yenidən məsuliyyətə cəlb edə bilər ”-deyə Paşayev bildirib.
Paşayevin sözlərinə görə, Bardanov həbs olunacağından, işinin, mal-mülkünün əlindən alınacağından və heç vaxt azadlığa çıxa bilməyəcəyindən qorxurdu. Sabiq vəkil atıcıya məsləhət verdiyini də açıqlayıb, lakin Vladimir Bardanov hər şeyi öz bildiyi yolla etdi. Hadisə baş verən gün Paşayev Bardanovun evinin yanında görünüb. Ola bilsin ki, eyni ərazidə yaşayır.
Xatırladaq ki, martın 30-da, səhər saat 10 radələrində Moskvanın yaxınlığındakı elit Veşki qəsəbəsində atışma səsləri duyulmuşdu. Axtarış üçün evinə gələn polisləri 61 yaşlı kişi atəşlə qarşılamışdı. Polisə müqavimət 10 saat yaxın davam etmişdi. Günün sonunda ələ keçməmək üçün evini yandıran mıtişili atıcı nəticədə ölmüşdü.
Yenises.ru