Mıtişidə atışma (yenilənib)


RF Federal Təhlükəsizlik Xidməti  (FSB) Mıtişi rayonunun tərkibinə daxil olan  Yeni Veşki qəsəbəsində genişmiqyaslı əməliyyat keçirməsi səbəbiylə sakinlərə evdən çölə çıxmamağı xəbər verib.

Xüsusi əməliyyat qrupunun axtarış keçirməsi qəsəbədə  qanunsuz silah saxlaması faktı ilə bağlıdır. Yeni Veşki qəsəbəsi Pribrejnaya küçəsində aparılan əməliyyat zamanı ev sahibi orqan əməkdaşlarını atəşlə qarşılayıb. Sübhəli şəxs nəinki  hüquq mühafizə orqanı əməkdaşlarına qarşı barikada qurub hətta onlara əl qumbarası atıb. Telegram kanalın yazdığına görə  atışma saatlardır davam edir.

O da  xəbər verilir ki, şəxsin iki partlayıcı əl qumbarası var. Evə basqın zamanı birini rosqvardiyaçılara atıb. Ölən və yaralanan olmadığı da bildirilir.

61 yaşında olduğu deyilən silahlı şəxs Moskva sakinidir və 4 saatdır müdafiə olunur. Onun yanında kürəkəninin girov olduğu ehtimal edilir.

Mash kanalı xəbər verir ki, Vladimir Bardanov adlı silahlı şəxs artıq saxlanılıb.

Bu dəqiqələrdə isə Mash silahlı adamın evindən tüstü qalxdığını və onun tutulma xəbərinin tələsik olduğunu yazır. Yəni əməliyyat davam edir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir