Moskvada AMİİF 1 illiyini qeyd etdi (FOTOLAR)


Moskvada AMİİF  1 illiyini qeyd etdi (FOTOLAR)

Bahar, gənclik və poeziya. Bunlar arasında asossiasiyanı yaradan ruhlarındakı poetiklik, romantiklikdir. Bahar gənclik fəsli, poeziya isə hər iksinin ruhunu poetik dillə dilləndirən bir ahəngdir, bir səsdir. Moskvada Mariya Svetayevanın ev muzeyində Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun (AMİİF) təşkil etdiyi “Poezya günü”ndə toplaşanları bir ayara gətirən də bu məqamlar idi.

Moskvada AMİİF  1 illiyini qeyd etdi (FOTOLAR)

Yaranmasının 1 illiyini Azərbaycan kllaskilərinin poeziyasına həsr edərək Moskvadakı Azərbaycan diasporlarının nümayədələri və Rusiya ali məktəblərində təhsil alan gənclərin əhatəsində qeyd edən təşkilatın keçirdyi “Poeziya günü”ndə şeirdən, sənətdən onun vətənpərvərlik hissi yaratmasına, oyandırmasına təsirindən danışıldı.

28 aprel tarixinə təsadüf edən “Poeziya günü”ndə 28 aprelin Azərbaycan tarixində birmənalı qarşılanmayan tarxi olduğuna da toxunuıdu.

Moskvada AMİİF  1 illiyini qeyd etdi (FOTOLAR)

Təbdirin aparıcısı “Bir zamanlar azadlıq tarixi kimi Azərbaycanda sovet hakimiyyətinin qurulması günü kimi sevinclə anılan 28 aprelin bir dönəmdən sonra əslində müstəqilliyimizə son qoyan bir tarix olduğu anlaşıldığını” bildirdi. Bu gün bu məkanda müstəqil Azərbaycan Respublikasında doğulan gənclərin belə bir təbdirə qol qoyması o tarixə cavabdır-kimi dəyərləndirdi bu tədbiri.

Tədbirin daha bir hadisəsi isə Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə çəkilmiş “Nizami” sənədli filminin Moskvada ilk nümayişi ilə bağlıydı.

Moskvada AMİİF  1 illiyini qeyd etdi (FOTOLAR)

“Poeziya günü”ndə şair danışar deyilib, ilk söz AYB Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğluna verildi. O Nizamidən əvvəl və sonra bir-birinin yaradıcılığından ilhamlanıb yazan klassikırimizin qoyduğu yaradıcılıq ənələrindən qısa söz açdı. Gənclərimizə Nizaminin “Şeirdən ucalıq ümma dünyada, Çünki Nizamiylə qurtardı o da”- dediyindən qorxub əlinizə qələm almaqdan çəkinməyin- dedi. Və özünün S. Vurğunun dilimizin əzbərinə dönmüş “Azərbaycan” şeirinə nəzirə olaraq “Ayrılmasın könül candan” şeirini oxudu.

Moskvada AMİİF  1 illiyini qeyd etdi (FOTOLAR)

Gecədə iştirak edən azərbaycanlıların Rusiyadakı federal milli-mədəni muxtariyyətinin (Azerros) rəhbəri Asif Məhərrəmov AMİİF-in belə bir tədbir keçirməsinin təqdirəlayiq iş olduğunu, bu qədər gənci bir yerə toplayıb, özünün 1 illiyini şeir-sənətə həsr edərək qeyd etdiyini uğurlu bir addım kimi dəyərləndirdi.

“Elə bu tədbir yaranan bu gənc fondun doğru yolda olduğunu göstərir, onların atdığı addımın daha da möhkəmlənəcəyinə inanıram və biz də Azerros təşkilatı, Onun Ağsaqqallar Şurası olaraq onlarlayıq”-dedi.
Moskvada AMİİF  1 illiyini qeyd etdi (FOTOLAR)

“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov isə: ““Poeziya günü” keçirməkdə gənclərin məqsədi poeziyamızla yaxınlaşmaqdan başqa hətta aralarında yazmaq istedadı olanları üzə çıxarçıq kimi niyyətinə xidmət edəndir, təbii ki. Moskvada yazıb-yaradan ziyalılarımızdan təşkil olunan cəmiyyətimizə gəlsinlər, öyrənsinlər”- deyə onları əməkdaşlığa səslədi.

Moskvada AMİİF  1 illiyini qeyd etdi (FOTOLAR)

Tarxiçi-alim, şair Əşrəf Hüseynli çıxışında poeziya, onun yaradıcılarının tarxindən söz saldı. “Şeir yazan insan incə qəlbə sahib olan insandır. Azərbaycan xalqı isə sair xalqdır. Bizim belə bir xüsisyyətimiz olduğunu özümüzə göstərməklə yanaşı digər millətlərə də nümayiş etdirməyimiz şərtdir. Mən gənclərimizin belə bir təşəbbüsünü alqışlayıram”. Əşrəf Hüseynli görüş salonunun dolu olmasına da işarə edərək-bu salonun dolu olması əsas şərt deyil, əsas olan buraya toplananların istəkli olmasıdır və mən gənclərin gözündə onu görürəm-dedi. Sonra o vətənpərvərlik ruhunda olan şeirlərindən birini oxudu.

Moskvada AMİİF  1 illiyini qeyd etdi (FOTOLAR)

Dağıstanlı şair Salman Vəlikəndli isə gənclik və qocalığı qarşı-qarşıya qoyan iki şeiri ilə gəncləri qəhqəhəyə boğdu.
Moskvada AMİİF  1 illiyini qeyd etdi (FOTOLAR)
Şair Sultan Mərzili: “Şairlik təkcə sözü qafiyəyə və qəlibə düzmək deyil. Azərbaycan kalssiklərini açın baxın, onların hamısı bütün elmləri çox mükəmməl bilmişdilər. Ona görə onalrın yazdıqları zənginliyi, elmiliyi ilə bu günə qədər heyrətdə qoyur və həmişəyaşarlıq qazanıb”. O da özünün kiçik bir şeirini tədbir iştirakşılarına ərməğan etdi.

Şeirin şah beyti təsirini oyadansa gecənin şah beytinə imza atan Mosva “Dərviş” teatrının aktyoru Şirzad Pirallahi oldu. Ülvi Əmirasanovun tarda səsləndirdiyi Azərbaycan muğamlarının müşaiyəti ilə o, Moskvadakı gənc yazar Yavər Həsəndən başlayıb, Ramiz Rövşən, Məmməd Arazla davam edib, Bəxtiyar Vahabzadənin “Azərbaycan oğluyam” şeiri ilə akkordunu vuraraq salonu ayağa qaldırdı. Bu şeirdən sonra “Azərbaycan himni”i sələndirildi. Himni ayaqda dinləyən salon, bu möhtəşəm musiqilmizdən sonra gözəl qiraət ustası- aktyorumuz Şirzad Pirallahini urəkdən aqlışladılar.

Gecənin ikinci hissəsində Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Nizami” sənədli filminin Moskvada ilk olaraq nümayişi oldu.

Moskvada AMİİF  1 illiyini qeyd etdi (FOTOLAR)
Filmə baxışdan sonra bu tədbirə dəstək olan “Azproject” təşkilatının nümayəndəsi Elvira Əsgərova çıxış edərək Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondunu 1 illik fəaliyyəti münasibətilə təbrik edərək, belə tədbirlərə birgə imza atmaqdan qürur duyduğunu gizlıtmədi.

Sözlu-musiqili “Poeziya günü” tədbirinin sonunda iştirakşılara “Nəsimi” kinofilmi və Azərbaycan mədəniyyəti ilə bağlı olan disklər paylandı.

Tünzalə Vəliqızı, Moskva
28 .04. 2013
/Yenises.ru/


Bir cavab yazın