Moskvada həmyerlilərimiz arasında keçirilən “H. Aslanov” futbol turnirində görünməyən hesablar
Xəbər verdiyimiz kimi bu gün Moskva şəhəri Sokolniki parkının “Sport Tovn” stadionunda həmyerlilərimizin təşkil etdiyi Sovet İttifaq Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan futbol turnirinə start verilib.
Oyun başlamazdan əvvəl müxtəlif sahəni əhatə edən azərbaycanlıların futbol komandaları təşkil edib öz aralarında yarış keçirməsi tədbirinin məqsədələrindən danışılıb. Moskvadakı soydaşlarımızın bir araya gəlib burada yetişən gənclərimizin asudə vaxtalarını maraqlı keçirməsi və Rusiyada yeni bir idman təşkilatının yaranmasından xəbər verən bu əlamətdar gün münasibətilə təşkilatçılar komandaları təbrik edib. Bundan sonra turnirin 1-ci turuna start verilib.
Iki qrupda mübarizə aparan 8 komandanın görüşləri maraqlı oyunla yadda qalıb. Bu turnirin gözlənilməzliyi isə futbol oyunu üçün xarakterik olmayan qolların çoxluğu olub. Belə ki, oyunlarda 13 qol hesabı belə qeydə alınıb.
Turnirin ilk oyunu “Boradigah” və “Umid” komandaları arasında olub. Gərgin keçən qarşılaşmada “Boradigah” 10:3 hesabıyla rəqibinə qalib gəlib.
“İnter-AZ” və “Derektiva” komandaları arasında baş tutan oyunda “Inter-AZ” 6:5 hesabıyla, “Bərəkət” və “Qartal” komandaları arasındakı görüşdə isə “Bərəkət” 8:1 hesabıyla rəqibini məğlub edib.
İlk turun maraqlı oyunlarından biri “Samella” və “İslam” komandalarının görüşü olub. Gərgin şəraitdə keçən oyunda “Samella” rəqibindən ustun oyun nümayiş etdirərək 13:4 hesabıyla rəqib komandanı darmadagın edib. Oyunda Camal Nəbizadə 5 qol vuraraq penta-trike imza atıb və ilk turdan sonra bombardirlər siyahısına rəhbərlik edir.
Turnirin oyunlarının ikinci turu 9 sentyabr, saat 16-00- da Sokolniki parkında yerləşən “Sport Tovn” arenasında keçiriləcək. Moskvada yaşayan ziyalılarımızı və futbol həvəskarlarını qəhrəmanımızın şərəfinə həsr olunmuş futbol turnirinə dəvət edirik.
Ramin Kazımov
/Yenises.ru/