Moskvada “Könlümə sən düşən kimi…” kitabının təqdimatı oldu


Moskvada   “”Könlümə sən düşən kimi...” kitabının təqdimatı oldu
Moskvada “Şəhriyar” mədəni-ədəbi cəmiyyəti və Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə şairə Mahirə Əliyevanın “Könlümə sən düşən kimi” şeir kitabının təqdimatı keçirildi.

ÜAK-ın toplantı zalında keçirən təqdimat mərasimini “Şəhriyar” mədəni- ədəbi cəmiyyətinin sədri Vasif Məmmədov açdı. O, Mahirə Əliyevanın yaradıcılıq yolundan söz açaraq, cəmiyyətlərinin üzvü olan şairənin sayca 4-cü olan “Konlümə sən düşən kimi…” kitabında əsas leytmotivinin sevgi təşkil edən şeirlərdə kövrək qadın qəlbinin çırpıntıları hiss olunduğunu söylədi.

“Mahirə xanım özü eşqini tam şəkildə dəqiqləşdrib. O şeirlərində “ilk sevgi”nin nakamlığı, onun insan qəlbində yaratdığı acılar Mahirə Əliyevanın qələmində kövrək-titrək qadın duygusallığı ilə verilib. Bəzən misralarda elə ifadələrə rast gəlinir ki, onun başqaları tərəfindən deyiləməyən, oxşarı olmayan yeni ifadə olduğunu qənaətinə gəlirsən”.

Mahirə Əliyevanın kitabındakı şeirlər haqqında bu fikirləri çıxışında tarxiçi-alim, şair Əşrəf Hüseynli dilə gətirdi.

“Azərbaycan ədəbiyyatının bu günündən, son zamanlar poeziyaya axınla gələnlərdən danışan natiq, “bunların olması yaxşıdır”-dedi. Haqqımızda “Biz şair xalqıq”- deyə təsadüfi deyilmir. Lakin bütün yazlanların hamısımı ədəbi ömür qazanacaq, onu da zaman göstərəcək”-deyə şairəyə yaradıcılıq uğurlarə arzuladı.

ÜAK-ın məsləhətçisi Manaf Ağayev klassiklərimizdən üzübəri yazıb-yaradan şairlərimizin yaradıcılığına ekskurs edərək, bu gün yarananların o təməllər üzərində davam etdiyini, qadın şairlərimizin də Azərbaycan poeziyasına bu sahədə böyük qatqısı olduğunu bildirdi. “Mahirə Əliyeva sevgi mövzusuna müraciət edib. Onun şeirlərinin bir lirik qəhrəmanı var- o da sevginin özüdür. O özü-özünü bu şeirlərdə məhz öz baxışlarından, ruhundan, ürəyindən keçirib lirik bir dillə oxucuya çatdırır”.

Ruisyada yazıb-yaradan şair İlham Bədəlbəyli Azərbaycan poeziyasında qadınların kişi şairlərimizlə bərabər addımladığını, yazıb- yaratmaqda onlardan heç də geri qalmadığını qeyd etdi. Bu gün adı kllassiklər sırasında olan yaradıcı qadınalrımız çoxdur. Ümidvaram ki, o ənənələrdən qidalanıb, ruhlanıb əlinə qələm alan bu günkü xanımlarımız, o cümlədən şairə Mahirə Əliyeva da bu sırada öz yeri, dəsti-xətti görünənlərdən olmağa layiq olar” -dedi.

Beynəlxalq Jurnalistlər Asossiasiyasının, Avrasiya yazarlar birliyinin üzvü, şairə-publisist Afaq Şıxlı Mahirə xanımım bu kitabının Bakıda təqdimatında iştirak etdiyini və bu gün yenidən Moskva ictimai mühiti üçün də keçirilməsi təşəbbüsünün təqdirə layiq iş olduğunu qeyd edib, şairəni bir daha təbrik etdi.

“Sayca birinci, beşinci və ya neçənci olur olsun. Əsas olan odur ki, yadda qalan, həmişəyaşar olan söz deyə biləsən. Bu baxımdan Mahirə xanımın yanaşdığı mövzular bəzən mənim şeirlərimlə eyni mövzuda, ahəngdə olduğunu görürəm. Və bu da təbiidir. Biz ikimiz də qadınıq və eyni duyğudan həyəcanlanıb onu nəzmə çeviririk ”.

Afaq xanım, belə tədbirlərdə bəzən irad və tənqidlər söyləməyin də vacibliyini qeyd etdi. “Biz hər zaman şairi, şeiri tərif edir, tənqid etməkdən isə sanki çəkinrik. Məncə, tənqidlər, iradlar yaradıcı insanı öz üzərində işləməyə vadar edir və bunun müqabilində gözəl əsərlər yaranır”.

Bakıdan gələn gənc şair, qəzəlxan Vüqar Rahi Mahirə xanımı uzun zamandan bəri tanıdığını, dost olduğunu söylədi. “O, həyatda necə səmimi, mehriban duyğusaldırsa, bu xarakter şeirlərinə də hopub. Ən əsası isə onun yazdıqarında səmimiyyət var. Ona görə onun şeirlərinin dili belə axıcı və şirindir”-deyərək, şairə dostunun təqdim olunan kitabına “axarıncı olsun” sözləriylə xeyir-dua verdi.

“Şəhriyar” MƏC-nin üzvü gən şair Yaşar Süleymanlı da öz çıxışında şairə xanımın şeirlərinin bədii dilinin gözəlliyindən, sevgi mövzusunun qadın qələmində, elə qadın qəlbindən süzülən zərifliklə yazıldığından danışıb, həmkarı olan xanıma uğur dilədi.

Təbdirdə aşıq-şair Abbas Alıyev təbrikini sözlə- sazla çatdırdı. Moskvadakı 157 saylı Azərbaycan etno-təmayüllü məktəbin metodisti Sevil İsmayılovanın hazırladığı şagirdlər Mahirə Əliyevanın şeirlərini söylədilrər. Sevil xanım da öz növbəsində şairəyə ən səmimi ürək sözlərini çatdırdı.

Sonda kitabın müəlifi Mahirə Əlieyva təqdimat mərasimini təşkil edənlər- “Şəhriyar” MƏC-nə, ÜAK-nə və təqdimatda iştirak edən hər bir kəsə təşəkürünü bildirib, deyilən hər bir sözün onun üçün dəyərli olduğunu söylədi. Təbdir iştirakçılarının xahişi ilə şeirlərindən bir neçəsini səsləndirdi.

Qeyd edək ki, Mahirə Əliyevanın sayca 4-cü olan “Könlümə sən düşən kimi…” kitabı Bakı “MBM” nəşriyyatının mətbəəsində çap olunub. Redaktoru Balayaq Sadiq olan kitaba öz sözu filologiya elmləri doktoru Vaqif Yusifli yazıb.

Təqdimat mərasimində tarixçi alim Solmaz xanım İbrahimova, rəssam-şairə, Maya Bədəlbəyli, Rusiyanın əməkdar rəssamı Qüdrət Qurbanov, Rusiyadakı Azərbaycan mədəniyyətinin intibahı və inkişafı fondunun sədri Şamil Tağıyev, Azərbaycan-rus mədəniyyəti və həmrəyliyi mərkəzinin icraçı direktoru Mehman Şükürov və başqaları iştirak edirdilər.

Tünzalə Vəliqızı, Moskva
15.05.2014

FOTOLAR ABBAS ALIYEVINDIR

Moskvada   “”Könlümə sən düşən kimi...” kitabının təqdimatı oldu
Moskvada   “”Könlümə sən düşən kimi...” kitabının təqdimatı oldu


Bir cavab yazın