Nadim Alixanov özünə sığınacaq axtarır
“Azərbaycan III Qarabağ və dünya III dünya müharibəsi ərəfəsindədir”. Bu proqnozu özünü ekstrasens kimi təqdim edən Nadim Alixanov verib.
Hər iki savaşdan “zərər görməmək üçün özünə təhlükəsiz yer axtaran ekstrasens paylaşdığı son videoda bu yerin Rusiyanın simal bölgəsi, o cümlədən Tula və Nijnеvartovsk şəhərləri olduğunu xüsusilə qeyd edib. O, sosial şəbəkədə paylaşdığı bu videosunda “dunya savaşından qorunmaq” ucun dediyi yerə gəldiyini bildirib.
“Özumə yeni məkan axtarmağa gəlmişəm ki, yaxin zamanda baslayacaq dunya savaşından özümü qoruyum”.
Nadim onu da vurğulayıb ki, uçduğu təyyarə hansı səbəbdənsə (ki, bunun səbəbi uyğunsuz hava şəraiti ola bilər-red.) istiqamət götürdüyü yerə enməyərək, ayrı bir şəhərə düşüb. Dunya savaşını “öncədən görən” ekstrasensin bunu hiss etməməsi savaşla əlaqəli gərginliyi ilə bağlıdır bəlkə də.
Qarabağ savaşından və ümumilkidə dünya müharibəsindən canını qurtaraq üçün ən təhlükəsiz yerə üz tutan “ekstrasensin” proqnozlarında zaman və məkan məsələlərinin ümimi göstərilməsinin nəylə bağlı olduğuna bəraət tapa bilmədik.
Dünyada nələrsə, nə zamansa baş verir və verəcək. Hətta politoloqlar belə gözlənilən hər hansı gedişatın təxmini zamanını söyləyə bilirlər.
Nadim Alixanovun təhlükəsiz yerə gəlməsi onun bu ərəfələrdəmi baş verəcəyinimə işarədir? Hər halda hamı ekstrasens deyil ki, bunu bilsin.
Amma belə çıxır ki, dünya müharibəsi Tula və Nijevarkutskdən yan keçəcək. Nadimin proqnozlarına görə hər şey ola bilər. Amma nə zaman? Onu yenə Nadim bilər.
Və Nadim Alixanovun proqnozunda diqqətçəkən məqamlardan biri də təhlükəsiz yerlərdən birinin Rusiya paytaxtından 183 km aralı olan Tula şəhəri olmasıdır. Ekstasens niyə məhz Tula və ya Nijevartovskin təhlükəsiz sayıldığını açıqlamır. Açıqlamanı yenə ekstarsens olamayan bizlərə buraxıb.
Allah axırımızı xeyir eləsin!
Yenises.ru