Obama: Romni Rusiyani “bir nömrəli düşmən” saymaqda kobud səhv etdir
ABŞ prezidenti Obama respublikaçı rəqibi Mitt Romninin Rusiyanı bir nömrəli düşmən adlandırmaqda səhv etdiyini deyib.
“Mənim opponentim və onun həmkarı xarici siyasətdə yenidirlər, biz görürük, eşidirik, onlar bizi geriyə- kobud həmlələr və kobud səhvlər dövrünə aparmaq istəyirlər ki, bu da Amerikaya baha başa gəlmişdi. Siz Rusiyanı bir nömrəli düşmən hesab edirsiniz, “Əl-Kaida”nı yox, siz anlamırsınız ki, soyuq müharibə zamanı keçdi”- deyə Obama Şimali Karolinada keçirilən Demokratların qurultayında bəyan edib.
Obama 6 noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Demokratik partiyanın qurultayının irəli sürdüyü rəsmi namizədlik qərarını qəbul edib.
/Yenises.ru/