Polşa-Yunanıstan oyunu 1:1 hesabi ilə başa çatdı


Polşa-Yunanıstan oyunu 1:1 hesabi ilə başa çatdı
Bu gün AVRO-2012 çempionatına start verildi. Açılış matçında meydan sahibi Polşa millisi Yunanıstan yığması ilə üz-üzə gəldi. Gərgin keçən görüş minimal qollu bərabərliklə sona çatdı-1:1.
Turnirin ilk qolu 17-ci dəqiqədə Yunanıstan yığmasının qapısına Polşa yıgmasının hücümçüsü Robert Levandovski tərəfindən vuruldu. Birinci hissənin sonunda Yunanıstan millisinin futbolçusu Sokratis ikinci sarı vərəqə aldı və komandasını azlıqda saxladı. Daha sonra Polşa yığmasının cərimə meydançasında top Polşa millisinin futbolçusunun əlinə dəydi və hakim bunu qeydə almadı.
Yunanıstan yığmasının azlıqda qalması Polşa millisinin işinə yaramadı. İkinci hissənin əvvəlində fasilədə əvəzlənərək meydana daxil olan Dmitrios Salpinqidis hesabı bərabərləşdirdi. Oyunun 69-cu dəqiqəsində Salpinqidis qolkipernən təkbətək çıxdı və qolpikerin ona qarşı kobud oynadı. Hakim Polşa millisinin qapıçısını meydandan qovdu və qapıya penalti zərbəsi təyin etdi. Penalti zərbəsini Qeorqios Karakunis vurdu və meydana çıxan Polşa millisinin ehtiyat qapıçısı Titon vurulan zərbəni dəf etdi. Oyun bərabərliklə sona yetdi.

/Yenises.ru/


Bir cavab yazın