Zirəddin Rzayev: 2024-cü ildə Rusiya-Ukrayna konflikti Rusiyanın qələbəsi ilə başa çatacaq


Tanınmış ekstrasens, klinik psixoloq, İctimai Palatanın  üzvü Zirəddin Rzayev bu fikri  Pravda.ru-nun «Nəzər nöqtəsi» proqramında Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatla bağlı ona ünvanlamış suala cavab verərkən söyləyib.

Ekstrasens Ukrayna münaqişəsinin 2024-cü ildə tamamilə bitəcəyi proqnozunu daha əvvəlcədən verdiyini vurğulayıb. O, dediklərinə onu  da əlavə edib ki, bu münaqişə Ukraynanın parçalanması ilə nəticələnəcək. Ukrayna bölünəcək. Amma bu bölünmənin detallarını açıqlamayıb.

İsrail-Fələstin münaqişəsinə də toxunan Z.Rzayev acı da olsa, İsrailin bu savaşı udacağını-deyib. Yəhudilər arasında çox sayda dostları olduğunu bildirən Z.Razyev, İsrailin Fələstinə qarşı törətdiyi qətllərin Tanrı qatında cavabsız qalmayacağına da inandığını söyləyib. 

Zirəddin Rzayev  «Nəzər nöqtəsi» proqramında  miqrantlara münasibət, demoqrafik siyasət, abortun qadağan olunması, seçkilər və bu kimi digər  suallara da aydınlıq gətirib.

Proqramda 2024-cü ildən sonra  iki prezidentin səhhətindəki problemlərin artacağından da danışıb.

2024-25-ci illər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 2025-26-cı illər isə Rusiya prezidenti  Vladimir Putin üçün səhhəti baxımından təhlükəli illər sayıla bilər. Ona görə hər iki prezidentin səhhətinə daha artıq diqqət etməsini tövsiyyə edib.

Müsahibəsinin sonunda  2024-cü ilin Rusiya üçün bərpa ili olacağı proqnozunu verən ekstrasens ötən ili belə dəyərləndirib.  

“2023-cü il bizlərə çox şeyləri öyrətdi. Özümüzün zəif tərəflərimizi aşkar etdik. İstehsalın müxtəlif sahələrində boşluqları gördük. 2024-cü il bizim üçün bərpa ili olacaq”. 

Tünzalə Vəliqızı,
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir