Poroşenko Krımın Ukraynanın tərkibinə qaytarılacağını vəd edib
Ukrayna prezidenti Petr Poroşenko Kiyev hökümətinin planında Krımın geri qayratılmasının olduğunu bəyan edib.
Xalqa rəsmi müraciət edən prezident müvəqqəti olaraq nəzarətdən çıxan ərazilərin yenidən Ukraynanın tərkibinə geri qaytarılacağını bildirib.
“Ukrayna höküməti müvəqqəti ilhaq olunmuş ərazilərini qaytaracaq. Bu gün bunun tez və asanlıqla olacağını deməyəcəm. Amma bu mütləq baş verəcək və biz birlikdə yenidən dilindən, dinindən, etnik mənsubiyyətindın asılı olmayaraq Krımın yerli xalqının hüquq və maraqlarının təmin olunduğu yeni Krım tikəcəyik””,- Poroşenkonun bu gün Kiyevdə Ukrayna xalqına yayılan müraciətində deyilir.
Poroşenko 23 fevral 2014-cü ildə yarımadanın Rusiyanın tərkibinə daxil olmasıyla baglı keçirilən referendumu “” Ukrayna dövlətinin ayrılmaz hissəsi olan Krımın təcavüzünə yönəldilmiş həyasız hərəkət”” adlandırıb.
Prezident onu da qeyd edib ki, Ukrayna höküməti beynəlxalq normalara və Ukrayna milli qanunvericiliyinə zidd olan bu biabırçı aktın nətiəclərini heç bir halda tanımır.
“”Ukrayna heç bir zaman Krıma görə özünün süveren haqlarından vaz keçməyəcək, orada yaşayan insanların hüququnu müdafiə edəcək. Bu məsələdə Ukrayna höküməti, siyasətçiləri və vətəndaş cəmiyyətləri arasında tam fikri biriyi mövcuddur””-deyə Poroşenko vurğulayıb. Ölkə lideri bu addımın dünya dövlətləri və beynəlxalq təşkilatları tərəfindən daimi dəstəkləndiyini də qeyd edib.
/Yenises.ru/
“