Prezidentin qızı Depardyenin filmi üçün ssenari yazıb
Fransız aktyoru Jerar Depardye özbək filmndə çəkilməyə razılıq verib. Bu haqda Olam.Uz saytı “Qızıl çita” Daşkənd Beynəlxalq Kinoforumunun baş direktoru Akbar Hakimova istinadən məlumat verib.
Filmin ssenarisini Hakimovla birgə Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova yazıb. Orta Asiyanın V-VI əsrlərindən bəhs edən tarixi filmdə fransız aktyoru kiçik bir rolda-Avropadan gəlmiş keşişi canlandıracaq.
Hazırda film üzərində son tamamlanma işləri gedir.
Gülnarə Kərimova “Özbəkistanın Mədəniyyət və İncəsənət forumu”nun rəhbəridir və özbək kinomatoqrafçılarına yardım edir. Prezidentin böyük qızı şeirlər yazır, “Güli” adıyla qızıl əşyaları, kosmetik məhsullar və paltarlar buraxır. Bundan başqa o, ölkəsində və ondan kənarda Ququş səhnə adı ilə pop ifaşısı kimi tanınır.
Onun hazırda ssenari yazması haqqında isə məlumat yox idi.
/Yenises.ru/