Mağazalar çörəksiz qala bilər


Mağazalar çörəksiz qala bilər
Moskva ətrafı Çörək İstehsalçıları İttifaqı çörək zavodlarındakı kritik vəziyyət haqqında Monopolya əleyhinə federal xidmət idarəsinə müraciət göndərib. Bu haqda “PBK daily” məlumat verib. Taxılın qiyməti artdığına görə bu ilin on ayı ərzində əla sort buğda ununun 1 tonu 63,5 faiz-15,7 min rubl, birinci sortu isə 79.5 faiz-14,9 min rubla qədər bahalanıb.

Bu hələ son deyil, yaxın vaxtlarda unun daha 10 faiz bahalanacağı gözlənilir. Vəziyyət dərinləşdikcə dəyirmanların məhsullarını son dərəcə bahalaşdıracaqları deyilir.

Çörək zavodları artan xərclərin yerini doldurmaq üçün qiyməti artıqmaq məcburiyyətindədirlər-deyə Moskvaətrafı Çörək İstehsalçıları İttifaqının rəhbəri Alyona Sabatarova bildirib. “Enerji ehtiyatlarının və əmək haqqlarının artmasına baxmayaraq, çörək zavodları böyük federal şəbəkələrdə öz məhsullarının qiymətni qaldırmayıbıar”- deyə o qeyd edib.

Sabatarovanın sözlərinə görə bu ilin yayında müəssisə alıcılarına çörəyin qiymətini 10 faiz artırmağı təklif etsə də, onlar razı olmayıblar. Bununla yanaşı, həmin şəbəkələr özləri 35 faiz əlavə edib qazanırlar.
Nəticədə 34 çörəkbişirmə müəssisəsi böyük ziyanla işləyir. Hazırda banklar da kredit vermir, zavodlarda isə unun hazırlanlması üçün avadanlıq çatışmır. Əgər icraedici orqanlar ölçü götürməzlərsə, Moskva regioanlarında çörək göndərişində dayanmalar yaranacaq.

“Şörəyin qiyməti seçkiqavagı və fövqəladə hallarda hökümətin yadına düşür. Qalan vaxtlarda isə onlar özü öz halına buraxılır”-deyib Sabatarova.

Zavodlar istehsalı azaldacağı vəziyyətindı isə Moskvaətrafı və Moskvada çörək qıtlığı yarana bilər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir