Putin Ərdoğanla görüşdə Suriya məsələsini “kəskin”” adlandırıb”


Putin Ərdoğanla görüşdə Suriya məsələsini "kəskin" adlandırıb
Suriya məsələsi kəskindir, lakin Rusiya-Türkiyə münasibətlərinin səviyyəsi bunun çözülməsində ortaq məxrəcə gəlinəcəyinə yardım edəcək.

Rusiya lideri Vladimir Putin, bu gün 22 oktyabrda Rusiya Prezidentinin Soçidəki iqamətgahında türkiyəli həmkarı Tayyib Ərdoğanla görüşü zamanı Suriyadakı vəziyyətin kəskin olduğuna diqqət çəkib. Hər kəs bunu görür və başa düşür, buna görə də bu məsələ ətrafında Moskva ilə Ankara arasında məsləhətləşmələr tələb olunandır. Bu barədə RİA Novosti məlumat yayıb.

Putin ona da ümidvar oldğunu bildirib ki, “Son zamanlarda Rusiya ilə Türkiyə arasında əldə olunan münasibətlərinin səviyyəsi bu gün bölgədə yaranan bütün mürəkkəb məsələlərin həllində rol oynayır və bu həm Türkiyənin, həm Rusiyanın, həm də bölgənin bütün ölkələrinin maraqlarına uyğun olaraq ən çətin suallara cavab tapmağa yardım edəcək “”.

Ərdoğan, öz növbəsində, danışıqlarda tərəflər gələcəkdə də sülhün təmin edilməsi məqsədi ilə bölgədəki mövcud vəziyyəti müzakirə edəcəyini bildirib.

YENİSES.RU


Bir cavab yazın