RF Dövlət Duması “vətəndaşlıqdan məhrum etmə” maddəsinin siyahısının genişləndirilməsini müzakirə edəcək


Dövlət Dumasının deputatları təkliflərlə tanış olmağa və cinayət məcəlləsinin avtomatik olaraq vətəndaşlıqdan məhrum edən maddələrinin siyahısının genişləndirilməsini müzakirə etməyə hazırdır, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Artem Turov RİA Novosti-yə bildirib.

Bir müddət əvvəl “Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan Sankt-Peterburqda radio aparıcısının mənzilinin qapısının yandırılması işi üzrə təqsirləndirilən şəxslərlə çəkilmiş videonu şərh edərkən, bu səpkili cinayət işlərinin avtomatik olaraq vətəndaşlıqdan mərhumetmə ilə eyniləşdirilməsini təklif etmişdi.

“Əgər kütləvi informasiya vasitələrindən, vətəndaşlardan, vətəndaş cəmiyyətindən hüquq pozuntuları ilə bağlı məlumatlar və əlavə təkliflər daxil olarsa, onlar mövcud qanunda yoxdursa… Əminəm ki, qanunvericilər və Dövlət Dumasının deputatları bununla tanış olub müzakirə edə bilərlər. Çünki hər şey statistika ola bilməz və hər hansı düzəliş, ya dəyişiklik lazım olarsa, biz həmişə bu siyahıya düzəlişlər edə bilərik”, – Turov bildirib.

Deputat qeyd edib ki, 2023-cü ilin aprel ayından qüvvəyə minən yeni vətəndaşlıq haqqında qanunda vətəndaşlıq əldə etməkdən məhrum etməyə səbəb olan 70-dən çox hüquq pozuntusu var.


“Bəzi fəaliyyət növlərinə, xüsusən də terrorizmə qarşı mübarizə, ekstremizmə qarşı mübarizə ilə bağlı… bizim təhlükəsizlik orqanlarında dövlət təhlükəsizliyinin, vətəndaşlarımızın mühafizəsi ilə bağlı xüsusi rejim var ki, bunu Daxili İşlər Nazirliyinə müəyyən sənədlər və ya ayrıca məktub göndərməklə edə bilərlər. Faktiki olaraq vətəndaşlıqdan çıxarması dövlət təhlükəsizliyinə aiddir”, – Turov vurğulayıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir