Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunu qazandı
Tam rəsmi olmasa da seçicilərin səsinin toplam 98% -nə görə ikinci turu hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52, 09%-lə bu seçikinin qalibi olduğunu təsdiqləyir.
Ərdoğan İstanbul Kısıklıda AK partiyasının və xalqın bu seçkini qazandığını seçki öncəsi marafonda ifa etdiyi “Duyanlara, duymayanlara” mahnısının müşaiyətiylə elan etdi.
Çıxışında rəqibi Kamal Qılıncdaroğluya da mesaj göndərərək, Bay Bay Kamal deyirdim, -iki Bay-la, bir Bay da bu seçimdən sonra əlavə edərək, Bay Bay Bay Kamal deyəkmi- deyə sevincini 85 milyonluq türk xalqıyla paylaşdı.
Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin və Özbəkistan prezidenti Şövkət Mirziyoyevin də ona zəng edərək təbrik etdiyini və istərsə bu an yanına gəlməyə hazırıq –dediklərini də çatdırdı.
Yenises.ru