RF-nın ehtiyatda olan polkovniki Donbasda müharibə olarsa, Ukrayna üstünlük qazanar deyib
Donbasda Bayraktar TB2 pilotsuz müdafiə qurğusu müharibənin taleyinin həllində əsas faktor ola bilər.
Türkiyənin istehsalı olan kəşfiyyatçı-vurucu pilotsuz Bayraktarın Ukrayna silahlı qüvvələrində olması Donbasa hücum əməliyyatları halında Kiyevin uğuruna səbəb olacaq. Ehtiyatda olan rusiyalı polkovnik Aleksandr Jilin bu fikirləri URA.RU saytına açıqlamasında bildirib.
Həmsöhbət ehtimalını bu arqumetlə əsaslandırıb. Qondarma Donetsk və Luqansk respublikalarının özünümüdafiə sistemində belə qurğular yoxdur.
“Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalının baş redaktoru İqor Korotçenko adıçəkilən pilotsuz qurğunun Ukraynanın şərqində baş verən münaqişədə mühüm rol oynayacağı fikriylə razılaşıb. Lakin ekspert ukraynalı hərbçilərin dronlardan necə istifadə edə bilməsi amilini də nəzərdə saxlamağın lazımlığını qeyd edib.
Yenises.ru