Rusiya höküməti miqrant idxalını sadələşdirmək istəyir


Rusiyada mövsümi işlərə miqrant çatışmamazlığı var. Miqrantların çalıdığı şərtlərlə işləmək istəməyən yerli rusları nəzərə alsaq, demək olar ki, bütün kənd təsərrəfüatı sahələri işçisiz qalıb. Kənd təsərrüfatı nazirliyindən bu açıqlama verilib.

Elə buna görə Rusiya hökuməti 2021-ci ildə ölkəyə miqrant idxalını sadələşdirmək istəyir. Baş nazirin müavini Viktoriya Abramçenko Daxili İşlər Nazirliyinə, Əmək Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə bu məsələni hazırlamağı tapşırıb.

“Kənd Təsərrüfatı nazirinin birinci müavini Cambulat Xatuov Baş nazir müavininə yerli kənd təsərrüfatı sənayesinə xarici işçilərin cəlb olunmasına  köməklik göstərməyi  müraciət edib” –deyə RBC yazır. Sadələşdirmə yalnız işə gələn mövsümi miqrantlara şamil ediləcək.

Xatuov qeyd edir ki,  xarici işçilər əksər ruslarda olmayan kənd təsərrüfatında işləmək bacarığına və biliklərinə sahibdirlər. Bundan əlavə, Rusiya Federasiyası vətəndaşları ümumiyyətlə hətta yüksək yüksək maaşla belə bu  işdən imtina edirlər.

Qeyd edək ki, Rusiya 2020-ci ilin martında pandemiya başladıqdan sonra xaricdən vətəndaşların girişini məhdudlaşdırdı. Sərhədlər bağlandıqdan sonra əmək miqrantları axını dayandı və işçi çatışmazlığı başladı. Milli Xəbərlər Xidməti yazır ki, AB ölkələrində də miqrantların sayı azalıb.

Yenises.ru


Bir cavab yazın