Rusiyada ikinci vətəndaşlığı olduğunu gizlədənləri cərimə və cəza gözləyir


Rusiyada ikinci  vətəndaşlığı olduğunu gizlədənləri  cərimə və cəza gözləyir
Dövlət Duması bu gün “ikinci vətəndaşlığı gizlətməyə görə cəza tələb edən” qanun layihəsini birinci oxunuşda qəbul edib. “RF vətəndaşlığı haqqında” qanuna əlavə etməyi nəzərdə tutan yeni layihəni LDP-dən olan deputat Andrey Luqovoy hazırladığı və bu ilin mart ayının 31-də Dumada baxılmaq üçün təsdiqləndiyi bildirilir.

“RF vətəndaşlığı haqqında” qanuna onunan əlavədə Rusiya vətəndaşlığı ilə yanaşı başqa ölkə vətəndaşlığı olan şəxsdən ikinci bir vətəndaşlığı olması barədə bir ay ərzində Federal Miqrasiya Xidmətinə yazılı bildiriş göndərməyi tələb edilir. Deputatlar bu tələbin yerinə yetirilməməsi təqdirdə 200 min rubl cərimə və ya 400 saat məcburi iş cəzası verilməsni təklif ediblər.

Dövlət Dumasının aidiyyatı komitəsi qanun layihəsinə tərəfdar olub. İstənilən əsasız cinayət məsuliyyətinə cəlb etməyə yol verməməkdən ötrü parlamentarilər sənədi ikinci oxunuşda daha ətaflı işləməlidirlər.

Komitə sədri Vladimir Pliqinin sözlərin görə bildiriş prosesini sadə, aydın, işlək və konkret etmək, həmçinin cavabdehliyin bu və ya digər formasının hansı subyekt dairəsinə şamil olunacağı müəyyən edilməlidir. Vladimir Pliqin onu da əlavə edib ki, inzibati cavabdehlik ilə cinayət məsuliyyəti arasındakı münasibətin dərindən öyrənilməsi də vacibdir.

Dövlət Dümasının vitse-spikeri Sergey Neverov “Yedinaya Rossiya” farksiyasının da qanun layihəsini dəstəklədiyini söyləyib. Neverov qeyd edib ki, qanun layihəsində cavabdehlik ikili vətəndaşlığa deyil, onu gizlətmə faktına qarşı tələb olunur. Dövlət vətəndaşının başqa ölkə ilə ictimai-hüquqi əlaqəsini və onun qarşısında hansı vəzifələrin olduğunu bilmək istəyir.

/Yenises.ru/


Bir cavab yazın