Rusiyalılara qarşı sanksiya çağırışına görə cinayət məsuliyyəti
RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin rusiyalılara qarşı sanksiya çağırışına görə cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyünü bildirib. Bu haqda İnterfaks-ın xəbərində deyilir.
“Birinci oxunuşda qəbul edilən qanun layihəsinin ikinci oxunuşunda Cinayət Kodeksi maddəsinə baxmaq olar. Bu tipli hərəkətlərə görə çox sərt cəza tətbiq edilməlidir”-deyə jurnalistlərin suallarını cavablandırarkən V. Volodin deyib.
O, həmçinin Korrusiyaya qarşı müvarizə fondunun (FBK) ABŞ prezidenti Co Baydenə bir neçə Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edilməsi müraciətini də şərh edib. Duma spikerinin fikrincə, “yardım üçün xaricə müraciət edilməsinə iqtisadiyyatımıza vurulan zərbə kimi” baxılmalıdır.
Bu ərəfələrdə- yanvarın 31-də senator Vladimir Cabarov da FBK-nın bu çağırışını dövlətə xəyanət adlandırmışdı. O, həmçinin Federal Təhlükəsizlik Xidməti (FSB) bə Baş Prokurorluqdan fondun sədrinin deyiminə diqqətə almağı xahiş etmişdi.
Bur müddət Əvvəl FBK Baydendən Putinə yaxın 35 yüksəkçinli rus məmuruna qarşı sanksiya tətbiq edilməsini xahiş etmişdi. Onların sırasında binesmen Poman Abramoviç, səhiyyə naziir Mixil Muraşko, FSB-nın başçısı Aleksandr Bortnikov, Prezidentin mətbuat katibi Dmitri Peskov və başqaları var.
Yenises.ru