Suriyada öldürüldüyü bildirilən rus generalı haqqında “Biri vardı, biri yoxdu””- deyir”
Yenises.ru-nun “İnterfaks” İA istinadən verdiyi məlumata görə guya Suriyada öldürüldüyü bildirilən Rusiya ordusunun general-mayoru Vladimir Kojiev sağdır və Moskvadadır. Agentlik Suriya Azad ordusu nümayəndəsinin sözlərini təsdiq edərək, generalın həqiqətən Suriya müdafiə nazirliyinin məsləhətçisi olduğunu, lakin haçansa ehtiyata buraxılıb Rusiyaya döndüyünü qeyd edib.
Rusiya generalının öldürülüdüyü haqqında bu gün səhər “Əl-Ərəbiyə” telekanalı “Youtube”-da yerləşdirilimiş bir videoçarxa istinad edərək məlumat yayıb. Bu videoçarxda Suriya müxalifətçilərinin nümayəndəsi ölmüş Vladimir Petroviç Kojievin sənədlərini və onun şəxsi tərcüməçisi Axmed Aiki göstərir.
Bu informasiyanın yayılmasından dərhal sonra RF-nın Suriyadakı səfirliyindən təkzib verilib. Eyni zamanda Rusiya Müdafiə Nazirliyi də Rusiya silahlı qüvvələrinin Kojiev familiyalı generalı olmadığını bildirib.
“Rusiya ordusunda bu familiyada və ya buna oxşar belə bir generalımız yoxdur”. General Kojievin Suriyada işləməsi və Moskvada olması xəbəri də rəsmi təsdiqini tapmayıb .
İndi görəsən, Kojiev varmıymış, yoxmuymuş?!
/Yenises.ru/