Tərs köşə…


TƏRS KÖŞƏ...
Coronovirus illətindən dolayı iki günlük izolyasiya və ərzaq dükanında çörək basabası sosial şəbəkələrdə və ictimaiyyətin qınaq obyektinə çevrildi. Hələ də davam etməkdədəir. Önyarqıların da ən başında bizim millətin, xalqın növbə mədəniyyətsizliyi, paylaşmaq duyğusundam məhrum tərəfləri öncəlik təşkil edir. Mən də sözün düzü ilk olaraq önyarqılarımdan sıyrıla blməmişdim ilk bu videonu izlədiyimdə. Hətta yaponlara belə həsəd aparmışdım güclü sunami zəlzələsi nəticəsində onların göstərdiyi yüksək paylaşım və mədəni davranış tərzlərinə.

Amma birdən birə uşaqlıq xatirələrimdə ilişib qalanlar məni silkələməyə başladı. Anam söhbət edərdi ki, kəndimiz Yaycıda birisi vəfat edərkən bütün qonşular hərəsi evində gücü çatanından bir qazan yemək bişirib yas evinə gətirərmişlər, kimisi küftə, kimisi lobya şorbası, plov vəs. ki yas evinə güc düşməsin. Söhbət 1960-cı illərdən və öndan əvvəlki dönəmlərə aiddir. Və yaxud da çox uzaq deyil yaşadığım Sovet dönəmində qəndimiz qurtarararkən qonşuya gedib:-Firəngiz xala, anam deyir bir qənddan qənd versində aldığımızda qaytararıq, başqa bir qonşunun bizə gəlib anama: ay Şəfiqə, mənə on quru lavaş ver dediyində anamın evdə olan bütün sulanmış lavaşları qonşuya verib mən özümüzə sonra sulayaram deyib belə etməsi tək-tək gözlərim önündə canlandı.

Təbii zaman, toplumda baş verən dərin mənəvi –psixolji travmalar çox şeyimizi dəyişdird. Çox vaxt da bu travmalar bilincli şəkildə ağır zərbə kimi endirildi. Videodakı çörək dava- dalaşı da bu vurulan zərbələrin məhsuludur. Adətən sirkdəki kimi kəndiri oynatan gözə görünmür, bütün səhnənin gözü arenada olan aktyor və əşyalardır. Məncə, bu sirki təşkil edən həm tamaşadan zövq alır və ətrafa aldıtdırır (zövqü), həm də kütlənin nəbzini yoxlayır, bundan da qəddar səhnələr hazırlamaq adına. Halbuki iki günün aclığına kütlənin bu qədər ac reaksiyasının da haqlı tərəfləri var. Vətəndaş elə bir işsiz, gücsüz, parasız, pulsuz hala gətirildi ki, evində çörəkdən başqa heç bir şeyi qalmadı. Xalqı soğan qabığına döndərən azğın və harınlamış məmurların evində inanın bu çörəyə ehtiyac yoxdur. Onların ehtiyac duyduğu ərzaq dükanında camaatımızn savaşını verdiyi çörək deyildir, əsla. Əksinə bu kimi “savaşlara” tərk etdikləri insanların haqqını korrupsiya, yardım adıyla pul şəlkilində mənimsəməkdir. O kasıblardır ki, evlərində acanda çörək yeyir, amma bu tamaşaları düzənləyənlərin aclığının da , susuzluğunun da dərmanı puldur ki, puldur. Ədalətsiz toplumlarda əsasən belədir-kimi çörək yeyir, kimisi pul “yeyir”.

Uşaqlığımızdan böyüklərimizdən duyduğumuz ən yayqın duadır: Pərvərdigarə, bizi aclıqla imtahan eləmə.

Amma bu videoda seyr etdiklərimizdə Pərvərdigarənin( Allahın bir adıdır, rəhmətlik Pərizad Nənəm həmişə belə dua edərdi-M.İ.) heç bir suçu yoxdur.

Paranın iblis gücünü allah edənlərin cəzasınıysa Allahdan öncə toplum özü verməlidir.

Məhəmməd İsrafiloğlu.


Bir cavab yazın