Tramp ABŞ-ın Trans Sakit okean tərəfdaşlığından çıxması haqqında sərəncam imzalayıb
Reuters agentliyinin verdiyi xəbərə görə Tramp ABŞ-ın Trans Sakit Okean tərəfdaşlığından (TTP) çıxması haqqında sərəncam imzalayıb. Sənədin imzalanması zamanı Tramp qeyd edib ki, bu “amerikalı fəhlələr üçün böyük hadisədir””.
Bundan əvvəl SNN Ağ Evdən olan mənbəyə istinadən xəbər vermişdi ki, Tramp TTP-dən çıxmaq haqqında yanvarın 23-də sərəncam imzalayacaq.
Yeni administrasiyasnın proqramı dərc olunarkən Ağ Evdən hələ yanvarın 21-də ABŞ-ın TTP-dən çıxmaq niyyətində olduğu bildirilmişdi. O da xəbər verilir ki, Şimalı Amerika azad ticarət anlaşmasına da baxmaq niyyətindədir.
Ötən ilin sonunda Yaponiyanın baş naziri Sindzo Abe Trans Sakit okean tərəfdaşlığının təsdiq olunması və qüvvəyə minməsinə nail olmaq niyyətində olduğunu bəyan etmişdi.
/Yenises.ru/
“