Trampla Erdoğanın ilk görüşü 20 dəqiqə sürüb
ABŞ prezidenti Donlad Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın ilk görüşü cəmi 20 dəqiqə sürüb. Vaşinqtonda Ağ Evdə Türkiyə prezidenti ilə dialoq bitəndən sonra prezidentlər mətbuat konfransında görüşün pozitiv keçdiyini göstərməyə çalışıblar.
Amma eskpertlərin rəyinə görə görüş simvolik xarakter daşıyıb və rəsmi Ankara ilə Vaşinqton arasındakı gərginlik hələ də qalır.
Jurnalistlərlə söhbətində Tramp diqqəti ora yönəldib ki, Türkiyə və ABŞ çoxdanın hərbi müttəfiqləridirlər və “İslam dövləti””nə və Kürd Fəhlə Partiyasına qarşı mübarizədə Türkiyəni dəstəkləyir.
Erdoğan da öz növbəsində Trampı seçkilərdə qələbəsi münasibətilə təkrar təbrik edib və Türkiyə ilə ABŞ arasında münasibətlərin “”ümumi demokratik dəyərlərə”” əsaslandığını bildirib.
Türkiyə lideri həmçinin ölkələri arasında əməkdaşlığın genişlənməsinin təkcə beynəlxalq terrora qarşı mübarizə məsələsi ilə məhdudlaşmayacağına ümidvar olduğunu ifadə edib.
/Yenises.ru/ “