Türkiyə və Azərbaycanın dostu olan senator geri addım atdı
Fransada ötən il gündəmə gələn Erməni soyqırımı iddialarını qəbul etməyəni cəzalandırmağı nəzərdə tutan qanun layihəsinin Konstitusiya Məhkəməsinə çıxarılmasında əhəmmiyyətli rol oynamış Orne senatoru Nataliya Goulet “Armenews” jurnalına maraqlı açıqlama verib.
Fransa Türkiyə Dostluq Qrupu rəhbərinin köməkçisi vəzifəsini yerinə yetirən Goulet “Ermənilər soyqırımı inkar edənlərin cəzalandırılması mübarizəsində yəhudilərin soyqırımla bağlı apardıqları mübarizədəki kimi haqlıdırlar”-deyə danışıb.
Bundan əvvəl Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan televiziyasına verdiyi açıqlamada fikrinin təhrif olunduğunu iddia edən Goulet “parlamentlərin tarix yaza bilməyəcəyi ilə bağlı” bir düşüncəsinin olmadığını ifadə edib.
Nataliya Goulet özünün Türkiyə və Azərbaycanın dostu olaraq tanındığını da xatırladaraq, “Erməni toplumu mənə şübhə ilə yanaşır, buna görə onları günahlandıra bilmərəm”-deyə qeyd edib. “Erməni soyqırımı” ilə bağlı düşüncələrinə də açıqlama gətirən Goulet sözdə erməni soyqırımını “ötən yüzilliyin ən böyük faciəsi” olaraq xarakterizə edərək, “sözdə soyqırım” ifadəsinin işlənməsini qınadığını xüsusi vurğulayıb. Erməni jurnalı xəbərində Gouletin açıqlamasını şərh edərkən, onun fikirlərini dəyişdirmiş ola biləcəyini yazıb.
Xatırladaq ki, Nataliya Goulet 2012-ci ilin yanvar ayında Fransa Senatında gündəmə gələn “inkar layihəsinin” qəbul edilməməsi üçün böyük səy göstərmiş, layihənin Konstitusiya Məhkəməsinə çıxarılmamasında vacib rol oynamışdı.
Ayxan
/Yenises.ru/