Surovikin hardadır və Putin ona yenə güvənirmi?


Dünən –iyunun 28-də Teleqram-kanalda  ordu generalı Sergey Surovikinin dövlətə xəyanətdə şübhəli bilinən və bu ittihamla  Lefortovo həsbxanasınının SİZO- saxlanıldığı barədə informasiya yayıldı.

 Prezidentin mətbuat katibi Peskov jurnalsitlərlə keçirdiyi mətbuat konfransında  bununla bağlı ona ünvanlanan sualların Müdafiə Nazirliyə yönləndirməsini istəyib.

Jurnalistlər ondan  hazırda Suravikinin harda olduğunu və vəzifəsindən uzaqlaşdırılmasına dair çıxan xəbərlərə aydınlıq gətirməsini xahiş ediblər.

“Xeyr, təəssüf ki, xeyr. Mən sizə məsləhət göürürəm ki, suallarınızı Müdafiə Nazirliyinə ünvanlayasınız, çünki bu bu brbaşa onlaırn səlahiyyətindədir”-deyə cavab verib.

Maraq edilənlər sırasında general Surovikinin Priqojinin qiyamından əvvəlcədən xəbərdar olması da yer alıb.

“Kreml Surovikinin harda olduğunu və prezident Vladimir Putinin ona yenə güvəndiyini təsdiqləyə bilərmi?-  sualının cavabı isə cavabsız qalıb. Yəni  “söylədiklərimə heç bir əlavəm  yoxdur”-deyib Peskov.

“Söhbət Ali baş komandandan gedir,  o  Müdafiə Nazirliyi və Ali baş qərərgan rəisi ilə işləyir. Suallarınıza onlar cavab verə bilərlər- prezidentin mətbuat katibinin jurnalistlərə açıqlaması belə olub.

Yenises.ru


Bir cavab yazın