Türkmənistanda prezidentin gəlişini gözləyən 3 nəfər günvurmadan öldü
Türkmənistanda ölkə prezidentinin stadionun açılış mərasimə gəlməsini 7 saat gözləyən camaatdan 10 nəfəri xəstəxanalıq olub. Onlardan 3-ü xəstəxanada ölüb. Bu haqda Türkmənistan KİV-i məlumat verib.
Faciə Aşqabadda yenidən bərpa olunub istifadəyə verilmiş “Kopetdağ”” stadionun açılış mərasimi zamanı baş verib. Həmin gün Türkmənistanda havanın hərarəti 40 dərəcədən artıq yüksəlib.
İnsanları səhər saat 5-də kütləvi şəkildə stadiona gəlməyə məcbur ediblər. Prezident Berdıməhəmmədov isə ancaq saat 11:45-də təşrif buyurub. Bu zaman aralarında 4 yaşından 15 yaşına qədər uşaq olmaqla 70 yaşına kimi qocalar günün altında ac- susuz ayaqüstə dayanaraq prezidentin gəlişini gözləməli olublar. Onların su içməyə və tualetə getməyə belə imkanları olmayıb.
Bu 7 saat ərzində 50-yə yaxın insan huşunu itirib, vəziyyəti pisləşən 5 uşaq və 9 böyüyü isə xəstəxanaya götürüblər.Onlardan 3-ü xəstəxanada ölüb.
“”Kopetdağ”” Türkmənistanın böyük stadionlarından biri sayılır və təməli 1997-ci ildə qoyulub. 2015-ci ildə yenilənib.
/Yenises.ru/“