AZƏRBAYCAN BAYRAĞI 100
Bir kərə yüksələn bayraq bir daha enməz!!!
9 noyabr Azərbaycan Üçrəngli Bayrağının yaranması günüdür. 1918-ci ilin noyabrın 9-da qəbul edilmiş bu bayrağ bu gün müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət bayrağıdır.
TÜRKÇÜLÜK, AZADLIQ və İSLAM istiqamətində qurulan bayrağımızın rənglərinin müəllifi Əli bəy Hüseynzadədir.
Türkçülük tarixi :
“Bayrağımızdakı mavi rəng qədim zamanlardan türk xalqlarının Əbədi Səma Tanrısına sitayişlə və Göy Tanrısına etiqatla bağlı olmuşdur. Türk xalqları Səmanın rəngini simvol kimi istifadə etmişlər. Azərbaycan xalqı da türk dünyasının bir parçası olduğundan mavi rəng bir çox dövlətlərimizdə bayrağın əsas rənglərindən biri olmuşdur. Məhz bütün bunları nəzərə alan Azərbaycan höküməti 1918-ci ildə bayrağımızın ilk rəngini mavi seçmişdir.”
Azadlıq anlayışını bildirən bayrağımızdakı ikinci rəng – qırmızı isə orta əsrlərdə Azərbaycanda qalxmış Xürrəmilər hərəkatı ilə bağlı olmuşdur. Belə ki, Babək ərəb işğalçılarına qarşı mübarizədə dünya tarixində ilk dəfə azadlığının rəmzi kimi qırmızı bayraq qaldırmışlar və qırmızı paltar geyinmişlər. Fəxredicidir ki, dünya tarixində bu rəngin azadlıq simvolu kimi qəbul edilməsində Azərbaycanın rolu böyükdür. Sonralar müxtəlif vaxtlarda qırmızı bayraqdan azadlıq rəmzi kimi istifadə etmişlər : məsələn, Çində monqol işğalçılarına qarşı mübarizədə, XIX əsrdə Fransada fəhlə hərəkatında, Rusiyada sosialist inqlabında, Türkiyədə milli-azadlıq hərəkatında və s. Qırmızı rəngin əsas mənalarından biri də demokratiya və müasirlikdir.
İslam mənasını verən bayrağımızdakı üçüncü rəng – yaşıl isə Azərbaycanın VII əsrdən Müsəlman ölkəsi olması və Azərbaycanın tarixi dövlətlərində islamın mühüm yer tutması, vahid islam bloku çərçivəsində “qara donlu kafirlərə” qarşı mübarizə aparması və bu dinin xalqımızın mənəviyyatına daha yaxın olması ilə bağlı olmuşdur.
Azərbaycan dövlətinin suverenliyinin rəmzi Azərbaycan Respublikasının Dövlət bayrağıdır.
… və BAYRAQ millətinin imzasıdır!!! BAYRAĞIMIZ, 100 yaşın mübarək!!!
VİDEO